Əlçatanlıq Parametrləri

Şrift ölçüsü: 100%

Aynur Alim qızı Süleymanlı

Aynur Alim qızı Süleymanlı

                                                                                                                                                                                                 Təbliğat və layihələrin idarə olunması şöbəsinin müdiri

Təbliğat və layihələrin idarə olunması şöbəsi Fondun ideoloji, maarifləndirici və sosial yönümlü fəaliyyətləri təşkil edir və həyata keçirir.

Şöbə dini etiqad sahəsində maarifləndirmə işinin aparılmasını, mənəvi dəyərlərin qorunması və inkişafını, dövlət–din münasibətləri sahəsində məqsədli proqramların hazırlanmasını və həyata keçirilməsini təmin edir. Eyni zamanda, şöbə dini qurumların, vətəndaşların və xaricdə yaşayan azərbaycanlıların dini etiqad azadlığının təmin olunması istiqamətində fəaliyyət göstərir, bu sahədə sosial layihələrin hazırlanması və icrasını həyata keçirir. Şöbə Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada daxil olan müraciətlərə (təklif, ərizə, şikayətlərə) baxır və müvafiq tədbirlərin görülməsini təmin edir.

Şöbənin 6 əməkdaşı var.