24 iyun 1994-cü ildə Masallı rayonunda anadan olub.
Təhsili:
Masallı rayonu, Çaxırlı ərazi dairəsində yerləşən Kəlbəhüseynli kənd Nicat Əbilov adına tam orta məktəbi bitirib.
2012-2016-cı illərdə Azərbaycan Texniki Universitetində Texnoloji maşın və avadanlıqlar mühəndisliyi fakültəsində təhsil alıb.
2020-2023-cü illərdə Bakı Slavyan Universitetində “Beynəlxalq münasibətlər” ixtisası üzrə təhsil alıb.
Əmək fəaliyyəti:
2015-2016-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 7-ci qrant müsabiqəsinin qalibi və layihə rəhbəri olmuşdur.
2018-2020-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun Mənəvi dəyərlərin təbliği şöbəsinin aparıcı məsləhətçisi vəzifəsində çalışıb.
2020-2025-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun Mənəvi dəyərlərin təbliği şöbəsinin və Təbliğat və layihələrin idarə olunması şöbəsinin müdiri vəzifələrində fəaliyyət göstərmişdir.
23 yanvar 2025-ci ildən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavinidir.
2012-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.