Əlçatanlıq Parametrləri

Şrift ölçüsü: 100%

Vüsal Abbas oğlu Göyüşov

Vüsal Abbas oğlu Göyüşov

11 avqust 1981-ci ildə Qazax rayonunda anadan olub. 

Təhsili:

1998-ci ildə Qazax şəhəri 1 saylı tam orta məktəbi bitirib. 

2002-ci ildə Azərbaycan İqtisad Universitetinin “Mühəndis iqtisadiyyatı və idarəetmə” ixtisası üzrə bakalavr dərəcəsini, 2004-cü ildə “Maliyyə və kredit” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomları ilə bitirib.

2023-2024-cü illərdə İspaniyanın Barselona İdarəetmə və Biznes Məktəbində (BEBS) “Beynəlxalq biznesin idarə olunması və innovasiyalar” üzrə MBA proqramı üzrə təhsil alıb.

2004-2005-ci ilərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur.

Beynəlxalq sertfikat:

2009-cu ildə Qlobal Risk Peşəkarlar Assosiasiyasının (GARP) altı aylıq “Bank risk proqramının əsasları” kurs proqramını bitirərək sertifikata layiq görülmüşdür.

2010-cu ildə isə GRBS, Oxford İslamic Finance və Dar Al İstithmar şirkətlərinin “Qlobal İslam maliyyəsi” üzrə master-klass proqramının iştirakçısı olmuşdur.

Əmək fəaliyyəti:

2005-2007-ci illərdə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində məsləhətçi və aparıcı məsləhətçi vəzifələrində çalışmışdır.

2007-2017-ci illərdə “Muğanbank” ASC-nin Kreditlərə nəzarət şöbəsinin müdiri, Risklərin idarəedilməsi departamentinin direktoru vəzifələrində fəaliyyət göstərmişdir.

2017-2023-cü illərdə “Muğanbank” ASC-nin İdarə həyətinin sədr müavini vəzifəsində çalışıb.

5 iyul 2024-cü ildən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru təyin olunub.

2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir. Üç övladı var.