Əlçatanlıq Parametrləri

Şrift ölçüsü: 100%

Türkiyədə səfərdə olan nümayəndə heyəti Qarsda yerləşən məscidləri ziyarət edib

Türkiyədə səfərdə olan nümayəndə heyəti Qarsda yerləşən məscidləri ziyarət edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qarsda yerləşən “Evliya” məscid kompleksini, “İşıqlı” və “Ulu” məscidlərini ziyarət edib.

Məscidlərdə fəaliyyət göstərən din xadimləri ilə görüşlərdə iki qardaş ölkə arasında münasibətlərin dövlət başçıları tərəfindən daha yüksək səviyyəyə çatdırılmasının, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməsinin önəmi vurğulanıb.

Eyni zamanda dövlətimiz tərəfindən xalqımızın tarixi-mədəni irsinin, milli-mənəvi dəyərlərinin qorunmasının, habelə dini ibadət yerlərinin bərpasının daim diqqətdə saxlanıldığını bildirilib. İslam həmrəyliyinin və vəhdətin vacibliyi barədə fikirlər səsləndirilib.

Türkiyədə səfərdə olan nümayəndə heyəti Qarsda yerləşən məscidləri ziyarət edib - Image 1
Türkiyədə səfərdə olan nümayəndə heyəti Qarsda yerləşən məscidləri ziyarət edib - Image 2
Türkiyədə səfərdə olan nümayəndə heyəti Qarsda yerləşən məscidləri ziyarət edib - Image 3
Türkiyədə səfərdə olan nümayəndə heyəti Qarsda yerləşən məscidləri ziyarət edib - Image 4
Türkiyədə səfərdə olan nümayəndə heyəti Qarsda yerləşən məscidləri ziyarət edib - Image 5
Türkiyədə səfərdə olan nümayəndə heyəti Qarsda yerləşən məscidləri ziyarət edib - Image 6
err 12.03.25