Əlçatanlıq Parametrləri

Şrift ölçüsü: 100%

Ağcabədi rayonunda “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda konfrans keçirilib

Ağcabədi rayonunda “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda konfrans keçirilib

Noyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Ağcabədi rayonunda “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda regional konfrans keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyev və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsinin müdiri vəzifəsini icra edən Pərviz Eyvazov bildirib ki, Vətən müharibəsində əldə etdiyimiz qələbə yalnız hərbi gücümüzün deyil, həm də milli-mənəvi dəyərlərimizin təcəssümüdür. P. Eyvazovun sözlərinə görə, qələbəmiz sübut etdi ki, milli-mənəvi dəyərlər yalnız mənəvi sərvət deyil, həm də xalqımızın tarixi uğurlarına aparan qüdrətli gücdür.

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xətai Zeynalov vurğulayıb ki, Azərbaycan xalqını qələbəyə aparan əsas amillərdən biri mənəvi dayanıqlılıq və milli kimliyə sadiqlik olub. Natiq diqqətə çatdırıb ki, Vətən müharibəsi  xalqın birliyi və sədaqətinin sınağı idi.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Regionlarla iş şöbəsinin məsləhətçisi Ramil Hikmət bildirib ki, Azərbaycan xalqı uzun illər işğalın ağrı-acısını yaşasa da, milli iradəsi onu Zəfərə aparan yolda möhkəm şəkildə birləşdirib. O, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xətt və azərbaycançılıq ideologiyasının Zəfərin ideoloji təməlini təşkil etməsindən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin liderliyi və düzgün siyasətinin qələbənin əldə edilməsində həlledici rol oynadığından bəhs edib.

YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, rayon Ağsaqqallar Şurasının sədri Əlizadə Nəcəfov, şəhid anası Məlahət Həziyeva, Ağcabədi rayon Pedaqoji Kollecinin direktoru və müharibə veteranı Bəxtiyar Əliyev, eləcə də Ağcabədi şəhər “Cümə” məscidinin imamı Röya Balayev çıxışlarında vurğulayıblar ki, qələbədə  xalqımızın milli-mənəvi dəyərlərə bağlılığı, vətənə sadiqliyi xüsusi əhəmiyyət daşıyıb.

Sonda Dövlət Komitəsi tərəfindən çəkilmiş “Həmişə bizimləsiniz” filmi nümayiş olunub.

Ağcabədi rayonunda “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda konfrans keçirilib - Image 1
Ağcabədi rayonunda “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda konfrans keçirilib - Image 2
Ağcabədi rayonunda “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda konfrans keçirilib - Image 3
Ağcabədi rayonunda “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda konfrans keçirilib - Image 4
Ağcabədi rayonunda “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda konfrans keçirilib - Image 5
Ağcabədi rayonunda “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda konfrans keçirilib - Image 6
Ağcabədi rayonunda “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda konfrans keçirilib - Image 7
Ağcabədi rayonunda “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda konfrans keçirilib - Image 8
Ağcabədi rayonunda “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda konfrans keçirilib - Image 9
err 21.11.25