Əlçatanlıq Parametrləri

Şrift ölçüsü: 100%

Biləsuvarda “Həmrəyliyin möhkəmləndirilməsində dini tolerantlığın əhəmiyyəti” mövzusunda konfrans keçirilib

Biləsuvarda “Həmrəyliyin möhkəmləndirilməsində dini tolerantlığın əhəmiyyəti” mövzusunda konfrans keçirilib

Dekabrın 9-da Biləsuvarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Həmrəyliyin möhkəmləndirilməsində dini tolerantlığın əhəmiyyəti” mövzusunda konfrans təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Cəfərov bildirib ki, dünyada tolerantlıq örnəyi kimi tanınan ölkəmiz sivilizasiyalararası dialoqun inkişafına, bütün dinlərin və xalqların nümayəndələrinin sülh şəraitində yaşamasına mühüm töhfələr verir. Bu gün Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir.
Dövlət Komitəsinin Ekspertiza şöbəsinin müdiri Nahid Məmmədov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ictimai-siyasi sabitlik, milli-mənəvi birlik, multikultural və tolerant mühit formalaşıb. Bu isə müxtəlif xalqların və etnik qrupların dilinin, dininin və ümumilikdə mənəvi mədəniyyətinin inkişafına geniş imkanlar yaradır. O vurğulayıb ki, multikulturalizm modeli Azərbaycanda təkcə dövlət siyasəti deyil, həm də əsrlərdən gələn birgəyaşayış ənənəsinin təzahürüdür.
Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin müdiri Sənan Xəlilov diqqətə çatdırıb ki, müasir dünyada sabitliyin, təhlükəsizliyin və cəmiyyət birliyinin qorunması üçün ən vacib amillərdən biri dini tolerantlıqdır. Bu, yalnız anlayış və mərhəmət nümunəsi deyil, həm də cəmiyyətin inkişaf strategiyasıdır. Ölkəmizdəki multikultural mühit müxtəlif dini icmaların sərbəst və qarşılıqlı hörmət şəraitində fəaliyyət göstərməsinə tam təminat verir.
YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, rayon Ağsaqallar Şurasının sədri Akif Kazımov, şəhid atası Nəriman Məcidov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Əlifağa Murtuzov, eləcə də Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev həmrəyliyin möhkəmləndirilməsində dini tolerantlığın əhəmiyyətindən danışıblar.

Biləsuvarda “Həmrəyliyin möhkəmləndirilməsində dini tolerantlığın əhəmiyyəti” mövzusunda konfrans keçirilib - Image 1
Biləsuvarda “Həmrəyliyin möhkəmləndirilməsində dini tolerantlığın əhəmiyyəti” mövzusunda konfrans keçirilib - Image 2
Biləsuvarda “Həmrəyliyin möhkəmləndirilməsində dini tolerantlığın əhəmiyyəti” mövzusunda konfrans keçirilib - Image 3
Biləsuvarda “Həmrəyliyin möhkəmləndirilməsində dini tolerantlığın əhəmiyyəti” mövzusunda konfrans keçirilib - Image 4
Biləsuvarda “Həmrəyliyin möhkəmləndirilməsində dini tolerantlığın əhəmiyyəti” mövzusunda konfrans keçirilib - Image 5
Biləsuvarda “Həmrəyliyin möhkəmləndirilməsində dini tolerantlığın əhəmiyyəti” mövzusunda konfrans keçirilib - Image 6
Biləsuvarda “Həmrəyliyin möhkəmləndirilməsində dini tolerantlığın əhəmiyyəti” mövzusunda konfrans keçirilib - Image 7
Biləsuvarda “Həmrəyliyin möhkəmləndirilməsində dini tolerantlığın əhəmiyyəti” mövzusunda konfrans keçirilib - Image 8
Biləsuvarda “Həmrəyliyin möhkəmləndirilməsində dini tolerantlığın əhəmiyyəti” mövzusunda konfrans keçirilib - Image 9
err 10.12.25