Əlçatanlıq Parametrləri

Şrift ölçüsü: 100%

Şamaxıda “Dini tolerantlıq – cəmiyyətdə birgəyaşayış ənənəsinin təminatçısı” mövzusunda regional konfrans keçirilib

Şamaxıda “Dini tolerantlıq – cəmiyyətdə birgəyaşayış ənənəsinin təminatçısı” mövzusunda regional konfrans keçirilib

Noyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Şamaxı rayonunda “Dini tolerantlıq – cəmiyyətdə birgəyaşayış ənənəsinin təminatçısı” mövzusunda konfrans keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyev və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin Dağlıq Şirvan regional bölməsinin müdiri Elnur Mehdiyev qeyd edib ki, Azərbaycan xalqı tarixən müxtəlif etnik və dini qrupların harmonik şəkildə yaşadığı məkan olub. Bu müxtəliflik cəmiyyətimiz üçün zənginlik, dövlətimiz üçün isə böyük bir dəyərdir. Müstəqillik dövründə Azərbaycan dövləti dini tolerantlığı inkişaf etdirmək, hər bir vətəndaşın etiqad azadlığını təmin etmək və dini icmalar arasında dialoqu gücləndirmək istiqamətində ardıcıl tədbirlər həyata keçirir. E. Mehdiyev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş dövlət-din siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin nəticəsi olaraq, ölkəmizdə dini etiqad azadlığı tam təmin olunub, müxtəlif dini konfessiyaların fəaliyyəti bərabər şəraitdə dəstəklənib. Azərbaycan dünyada dini tolerantlıq və multikultural mühitin nümunəvi modeli kimi tanınır.

DQİDK-nın İnklüziv İnkişaf şöbəsinin məsləhətçisi Vüqar Əliyev qeyd edib ki, dini tolerantlıq xalqımızın milli xüsusiyyətlərindən biri, mənəvi dəyərlərimizin əsas tərkib hissəsidir. Azərbaycan dövləti hər bir vətəndaşın dini inancına və vicdan azadlığına hörmətlə yanaşır. Ölkəmizdə islam, xristianlıq, yəhudilik və digər dinlərin nümayəndələri sərbəst şəkildə öz ibadətlərini yerinə yetirirlər.

Daha sonra çıxış edən Şamaxı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rəşad Əliyev diqqətə çatdırıb ki, dini tolerantlıq Azərbaycan cəmiyyətində möhkəm kök salmış birlik və qarşılıqlı hörmət dəyərlərinin əsas təminatçısıdır. R.Əliyevin sözlərinə görə, dövlət siyasəti isə bu harmoniyanın davamlılığını təmin edərək cəmiyyətin sabitliyini və birliyini daha da gücləndirir.

Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Mərhəmət Mustafayev, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Şamaxı şəhəri “İmamzadə” məscidinin imamı Elşən Rustamov, Qobustan rayonu Hilmilli kəndi “Molokan ruhani-xristian” dini icmasının sədri Yekaterina Tsapleva, rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alcanov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Şamaxı şöbəsinin müdiri Ağarza Bayramov, Rayon Gənclər və İdman Sektorunun müdiri Şahmar Hüseynov, eləcə də Dövlət Komitəsinin Dağlıq Şirvan bölməsinin məsləhətçisi Nahid Babaşov çıxışlarında vurğulayıblar ki, respublikamızda formalaşmış multikultural dəyərlər sistemi müxtəlif konfessiyaların təmsilçiləri arasında sülh və həmrəylik mühitinin möhkəmlənməsinə mühüm şərait yaradır. Natiqlər, həmçinin dini icmaların sosial həyatda aktiv iştirakı, gənclərin sağlam mənəvi-mədəni ruhda formalaşması və tolerantlıq ənənəsinin gələcək nəsillərə ötürülməsi istiqamətində görülən işlərin əhəmiyyətini xüsusi qeyd ediblər.

Qeyd edək ki, konfransda dövlət qurumlarının əməkdaşları, din xadimləri və dini konfessiyaların və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şamaxıda “Dini tolerantlıq – cəmiyyətdə birgəyaşayış ənənəsinin təminatçısı” mövzusunda regional konfrans keçirilib - Image 1
Şamaxıda “Dini tolerantlıq – cəmiyyətdə birgəyaşayış ənənəsinin təminatçısı” mövzusunda regional konfrans keçirilib - Image 2
Şamaxıda “Dini tolerantlıq – cəmiyyətdə birgəyaşayış ənənəsinin təminatçısı” mövzusunda regional konfrans keçirilib - Image 3
Şamaxıda “Dini tolerantlıq – cəmiyyətdə birgəyaşayış ənənəsinin təminatçısı” mövzusunda regional konfrans keçirilib - Image 4
Şamaxıda “Dini tolerantlıq – cəmiyyətdə birgəyaşayış ənənəsinin təminatçısı” mövzusunda regional konfrans keçirilib - Image 5
Şamaxıda “Dini tolerantlıq – cəmiyyətdə birgəyaşayış ənənəsinin təminatçısı” mövzusunda regional konfrans keçirilib - Image 6
Şamaxıda “Dini tolerantlıq – cəmiyyətdə birgəyaşayış ənənəsinin təminatçısı” mövzusunda regional konfrans keçirilib - Image 7
Şamaxıda “Dini tolerantlıq – cəmiyyətdə birgəyaşayış ənənəsinin təminatçısı” mövzusunda regional konfrans keçirilib - Image 8
Şamaxıda “Dini tolerantlıq – cəmiyyətdə birgəyaşayış ənənəsinin təminatçısı” mövzusunda regional konfrans keçirilib - Image 9
Şamaxıda “Dini tolerantlıq – cəmiyyətdə birgəyaşayış ənənəsinin təminatçısı” mövzusunda regional konfrans keçirilib - Image 10
Şamaxıda “Dini tolerantlıq – cəmiyyətdə birgəyaşayış ənənəsinin təminatçısı” mövzusunda regional konfrans keçirilib - Image 11
Şamaxıda “Dini tolerantlıq – cəmiyyətdə birgəyaşayış ənənəsinin təminatçısı” mövzusunda regional konfrans keçirilib - Image 12
Şamaxıda “Dini tolerantlıq – cəmiyyətdə birgəyaşayış ənənəsinin təminatçısı” mövzusunda regional konfrans keçirilib - Image 13
err 24.11.25