Əlçatanlıq Parametrləri

Şrift ölçüsü: 100%

Şəmkirdə “Zəfərimizin şanlı tarixi” mövzusunda konfrans keçirilib

Şəmkirdə “Zəfərimizin şanlı tarixi” mövzusunda konfrans keçirilib

Noyabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (Dövlət Komitəsi) təşkilatçılığı ilə Şəmkir rayonunda “Zəfərimizin şanlı tarixi” mövzusunda konfrans keçirilib.

Tədbirdə dövlət qurumlarının əməkdaşları, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin Zeynalov bu möhtəşəm zəfərin dövlətimizin başçısı İlham Əliyevin diplomatik məharətinin, prinsipial mövqeyinin, sərkərdəliyinin, Azərbaycan əsgərinin igidliyinin, andına, dövlətinə və xalqına sədaqətinin məntiqi nəticəsi olduğunu bildirib.

Dövlət Komitəsinin Media və kommunikasiya şöbəsinin baş məsləhətçisi Anar Məcidzadə bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərib və ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Vətən müharibəsində qazanılan zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir. A.Məcidzadə diqqətə çatdırıb ki, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror əməliyyatı nəticəsində isə ölkəmiz suverenliyini tam bərpa edib. Bu gün Azərbaycan bayrağı işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda qürurla dalğalanır.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ruhid Hacıyev tarixi zəfərin hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olduğunu bildirib. Vətən müharibəsinin xalqımızın və dövlətimizin birliyinin ən parlaq nümunəsinə çevrildiyini, zəfərdən sonra sülh prosesinə başlanmasının xalqımızın düşüncəsinin göstəricisi olduğunu vurğulayıb.

Şəhid anaları Faya MəmmədovaRüxsarə Kazımova, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Pərvin Gözəlov, Rayon Təhsil Sektorunun müdiri Elşən Ələsgərov, din xadimləri - Zaur BudaqovNatiq Şıxəliyev çıxışlarında torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirələrinin heç zaman unudulmayacağını, daim yaşayacağını qeyd ediblər. Onlar şəhidlərin Vətən qarşısındakı fədakarlığının gələcək nəsillər üçün örnək olduğunu vurğulayıblar. Eyni zamanda, cəmiyyətin birliyi və həmrəyliyinin milli suverenliyin qorunmasında əsas amil olduğunu qeyd ediblər.

Şəmkirdə “Zəfərimizin şanlı tarixi” mövzusunda konfrans keçirilib - Image 1
Şəmkirdə “Zəfərimizin şanlı tarixi” mövzusunda konfrans keçirilib - Image 2
Şəmkirdə “Zəfərimizin şanlı tarixi” mövzusunda konfrans keçirilib - Image 3
Şəmkirdə “Zəfərimizin şanlı tarixi” mövzusunda konfrans keçirilib - Image 4
Şəmkirdə “Zəfərimizin şanlı tarixi” mövzusunda konfrans keçirilib - Image 5
Şəmkirdə “Zəfərimizin şanlı tarixi” mövzusunda konfrans keçirilib - Image 6
Şəmkirdə “Zəfərimizin şanlı tarixi” mövzusunda konfrans keçirilib - Image 7
Şəmkirdə “Zəfərimizin şanlı tarixi” mövzusunda konfrans keçirilib - Image 8
Şəmkirdə “Zəfərimizin şanlı tarixi” mövzusunda konfrans keçirilib - Image 9
Şəmkirdə “Zəfərimizin şanlı tarixi” mövzusunda konfrans keçirilib - Image 10
Şəmkirdə “Zəfərimizin şanlı tarixi” mövzusunda konfrans keçirilib - Image 11
Şəmkirdə “Zəfərimizin şanlı tarixi” mövzusunda konfrans keçirilib - Image 12
err 14.11.25