Əlçatanlıq Parametrləri

Şrift ölçüsü: 100%

Sumqayıtda “Zəfər Günü və qəhrəmanlıq tariximiz” mövzusunda konfrans keçirilib

Sumqayıtda “Zəfər Günü və qəhrəmanlıq tariximiz” mövzusunda konfrans keçirilib

Dekabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Sumqayıt şəhərində “Zəfər Günü və qəhrəmanlıq tariximiz” mövzusunda konfrans keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyev və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Dövlət Komitəsinin Abşeron–Xızı regional bölməsinin müdiri Yalçın Abdullayev bildirib ki, 8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli birliyinin, dövlətinin gücünün və hərbi qüdrətinin təntənəsidir. 44 günlük Vətən müharibəsində qazanılan bu qələbə həm hərbi, həm də mənəvi üstünlüyün təcəssümüdür.

Dövlət Komitəsinin İnklüziv İnkişaf şöbəsinin müdiri Elnarə Kərimova çıxışında vurğulayıb ki, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın 44 günlük Zəfər yürüşü həm də xalqımızın birliyinin, həmrəyliyinin və dönməzliyinin təntənəsidir. Dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq Ali Baş Komandanın ətrafında dəmir yumruğa çevrilən Azərbaycan xalqı Vətəni, dövləti naminə birləşməyin tarixdə nadir rast gəlinən örnəyini nümayiş etdirdi. Qeyd edib ki, Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, vətənin taleyi həll olunanda böyüklü-kiçikli birləşə, dəmir yumruğa çevrilə bilir. 

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri müavini Fərman Kazımov bildirib ki, 8 Noyabr – Zəfər Günü xalqımızın dövlətçilik tarixində ən parlaq səhifələrdən biridir. F. Kazımov onu da diqqətə çatdırıb ki, hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçası olan Şuşanın azad olunması isə Azərbaycan xalqının qələbə ruhunu əbədiləşdirdi.
QMİ bölgə qazısı Rauf Sərdarov, şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Ceyhun Hüseynov, şəhid anası Ülviyyə Nəbiyeva, şəhid anası Mayisə Həsənquliyeva, Vətən müharibəsi iştirakçıları Sadiq Məmmədov, Hikmət Məmmədov, eləcə də Sumqayıt şəhəri "Müqəddəs Serafim Sarovlu" adına kilsənin baş keşişi İerey Rostislav Zəfər Gününün əhəmiyyətindən və gənclərin bu ruhu daim yaşatmasının vacibliyindən danışıblar.
Qeyd edək ki, tədbirdə dövlət qurumlarının əməkdaşları, din xadimləri, dini icma sədrləri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sumqayıtda “Zəfər Günü və qəhrəmanlıq tariximiz” mövzusunda konfrans keçirilib - Image 1
Sumqayıtda “Zəfər Günü və qəhrəmanlıq tariximiz” mövzusunda konfrans keçirilib - Image 2
Sumqayıtda “Zəfər Günü və qəhrəmanlıq tariximiz” mövzusunda konfrans keçirilib - Image 3
Sumqayıtda “Zəfər Günü və qəhrəmanlıq tariximiz” mövzusunda konfrans keçirilib - Image 4
Sumqayıtda “Zəfər Günü və qəhrəmanlıq tariximiz” mövzusunda konfrans keçirilib - Image 5
Sumqayıtda “Zəfər Günü və qəhrəmanlıq tariximiz” mövzusunda konfrans keçirilib - Image 6
Sumqayıtda “Zəfər Günü və qəhrəmanlıq tariximiz” mövzusunda konfrans keçirilib - Image 7
Sumqayıtda “Zəfər Günü və qəhrəmanlıq tariximiz” mövzusunda konfrans keçirilib - Image 8
Sumqayıtda “Zəfər Günü və qəhrəmanlıq tariximiz” mövzusunda konfrans keçirilib - Image 9
Sumqayıtda “Zəfər Günü və qəhrəmanlıq tariximiz” mövzusunda konfrans keçirilib - Image 10
Sumqayıtda “Zəfər Günü və qəhrəmanlıq tariximiz” mövzusunda konfrans keçirilib - Image 11
Sumqayıtda “Zəfər Günü və qəhrəmanlıq tariximiz” mövzusunda konfrans keçirilib - Image 12
Sumqayıtda “Zəfər Günü və qəhrəmanlıq tariximiz” mövzusunda konfrans keçirilib - Image 13
Sumqayıtda “Zəfər Günü və qəhrəmanlıq tariximiz” mövzusunda konfrans keçirilib - Image 14
Sumqayıtda “Zəfər Günü və qəhrəmanlıq tariximiz” mövzusunda konfrans keçirilib - Image 15
Sumqayıtda “Zəfər Günü və qəhrəmanlıq tariximiz” mövzusunda konfrans keçirilib - Image 16
err 01.11.25