Əlçatanlıq Parametrləri

Şrift ölçüsü: 100%

Tərtərdə “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda konfrans keçirilib

Tərtərdə “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda konfrans keçirilib

Noyabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Tərtərdə “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda konfrans keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyev və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, Vətən müharibəsi dövründə hər bir vətəndaş kimi Tərtər əhalisi də öz vəzifəsini şərəflə yerinə yetirərək əsl vətənpərvərlik və qəhrəmanlıq göstərib. İcra başçısının sözlərinə görə, xalqımızın göstərdiyi fədakarlıq və Vətənə sədaqət, həm ön cəbhədə, həm də arxa cəbhədəki həmrəylik nümunəsi olaraq tariximizdə əbədi iz qoyub.

Daha sonra çıxış edən Dövlət Komitəsinin Dini məsələlər üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə vurğulayıb ki, ölkəmizdə yaşayan müxtəlif xalqların və dinlərin nümayəndələri 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşərək 30 illik işğalı qələbə ilə əvəz etdilər. Şanlı tarixi zəfərin qazanılmasında göstərilən birlik xalqımızın multikultural və tolerant dəyərlərini dünyaya nümayiş etdirdi.

DQİDK-nın Qarabağ və Şərqi Zəngəzur regional bölməsinin müdiri vəzifəsini icra edən Pərviz Eyvazov bildirib ki, Ümummilli Lider Heydər Əliyevdən miras qalan azərbaycançılıq ideologiyasının da möhtəşəm qələbənin əldə edilməsində xüsusi rolu olub. Bu ideologiya xalqımızın birlik və həmrəyliyini möhkəmləndirərək, milli maraqların qorunmasına, eləcə də respulikamızın ərazi bütövlüyünün təmin edilməsinə təkan verib.

Tərtər rayon “Cümə” məscidinin imamı Sadiq Cəfərov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi Anar Əsgərov, şəhid atası Yaşar Abbasov, şəhid atası Bəhruz İsgəndərov, YAP rayon təşkilatının sədr müavini Azər Ağayev və “Yeni Tərtər” qəzetinin baş redaktoru Svetlana Bağırova çıxışlarında torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin qəlblərdə əbədi yaşayacağını vurğulayıblar.

Qeyd edək ki, tədbirdə dövlət orqanlarının əməkdaşları, şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, din xadimləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Tərtərdə “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda konfrans keçirilib - Image 1
Tərtərdə “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda konfrans keçirilib - Image 2
Tərtərdə “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda konfrans keçirilib - Image 3
Tərtərdə “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda konfrans keçirilib - Image 4
Tərtərdə “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda konfrans keçirilib - Image 5
Tərtərdə “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda konfrans keçirilib - Image 6
Tərtərdə “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda konfrans keçirilib - Image 7
Tərtərdə “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda konfrans keçirilib - Image 8
Tərtərdə “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda konfrans keçirilib - Image 9
Tərtərdə “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda konfrans keçirilib - Image 10
Tərtərdə “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda konfrans keçirilib - Image 11
Tərtərdə “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda konfrans keçirilib - Image 12
err 27.11.25