Əlçatanlıq Parametrləri

Şrift ölçüsü: 100%

Zərdabda “Zəfər Günümüz: milli və dini həmrəyliyin təntənəsi” mövzusunda konfrans keçirilib

Zərdabda “Zəfər Günümüz: milli və dini həmrəyliyin təntənəsi” mövzusunda konfrans keçirilib

Noyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Zərdab rayonunda “Zəfər Günümüz: milli və dini həmrəyliyin təntənəsi” mövzusunda konfrans keçirilib.

Tədbirdə şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, dövlət qurumlarının əməkdaşları, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay regional bölməsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev çıxışında bildirib ki, 8 Noyabr – Zəfər Günü xalqımızın şərəf, qürur və birliyini simvolizə edən ən müqəddəs günlərdən biridir. Bu qələbə sadəcə hərbi zəfər deyil, həm də milli və dini həmrəyliyin təntənəsidir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Vüqar Hümbətov çıxışında Azərbaycan xalqının tarixində dərin iz buraxmış iki ali dəyər – həmrəylik və şəhidlik anlayışından danışıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharəti və həmrəylik sayəsində  torpaqlarımızı azad etdik.

Zərdab Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Murad Həsənov çıxışında Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun müharibədə möhtəşəm qələbə qazanaraq, dünya hərb tarixinə şanlı səhifələr yazdığını diqqətə çatdırıb.

YAP Zərdab rayon təşkilatının sədr müavini Ələkbər Kərimov çıxışında Vətən müharibəsinin Azərbaycanın gücünü, xalqımızın Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini bütün dünyaya nümayiş etdirdiyini bildirib. Vurğulayıb ki, 44 gün davam edən döyüşlər nəticəsində əzəli torpaqlarımız işğaldan azad olunub, illərlə düşmən tapdağı altında qalmış şəhər və kəndlərimizdə üçrəngli bayrağımız ucaldılıb.

Şəhid Rəhim Hüseynovun atası Qədir Hüseynov qalibiyyət rəmzi olan üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanmasının qürurumuzun, milli kimliyimizin, sabaha doğru inamlı addımlarımızın əsası olduğunu deyib.

“Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri” İctimai Birliyinin Zərdab rayon şöbəsinin sədri Neman Yediyarov, Zərdab rayon Ağsaqallar Şurasının sədri Rasim Hüseynov, Zərdab rayonu Alıcanlı kənd məscidi dini icmasının sədri, imam Aqil Mehdiyev də çıxış edərək vurğulayıblar ki, bu gün biz təkcə zəfəri yox, həm də daxili birliyimizi, mənəvi gücümüzü bayram edirik. Zəfər Günü bu birliyin təcəssümüdür.

Zərdabda “Zəfər Günümüz: milli və dini həmrəyliyin təntənəsi” mövzusunda konfrans keçirilib - Image 1
Zərdabda “Zəfər Günümüz: milli və dini həmrəyliyin təntənəsi” mövzusunda konfrans keçirilib - Image 2
Zərdabda “Zəfər Günümüz: milli və dini həmrəyliyin təntənəsi” mövzusunda konfrans keçirilib - Image 3
Zərdabda “Zəfər Günümüz: milli və dini həmrəyliyin təntənəsi” mövzusunda konfrans keçirilib - Image 4
Zərdabda “Zəfər Günümüz: milli və dini həmrəyliyin təntənəsi” mövzusunda konfrans keçirilib - Image 5
Zərdabda “Zəfər Günümüz: milli və dini həmrəyliyin təntənəsi” mövzusunda konfrans keçirilib - Image 6
Zərdabda “Zəfər Günümüz: milli və dini həmrəyliyin təntənəsi” mövzusunda konfrans keçirilib - Image 7
Zərdabda “Zəfər Günümüz: milli və dini həmrəyliyin təntənəsi” mövzusunda konfrans keçirilib - Image 8
err 21.11.25