Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun “Hər məsciddə kitabxana” layihəsinin ikinci mərhələsi başa çatıb. Bu mərhələdə respublikamızın cənub bölgəsinin Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarında yerləşən bir çox məscidləri kitablarla təmin olunub.
Layihənin əsas məqsədi məscidlərin maarifləndirici və ictimai rolu gücləndirmək, milli-mənəvi və dini dəyərlərin təbliğini təmin etmək, eyni zamanda icma üzvləri, xüsusilə də gənclər arasında mütaliə vərdişlərini inkişaf etdirməkdir.
Layihə 2025-ci ilin sonunadək şəhər, qəsəbə və kəndlərdə yerləşən 250 məscidi əhatə edəcək və növbəti illərdə də davam etdiriləcək. Fond tərəfindən il ərzində dini ibadətgahlara kitab rəflərinin və 100 adda olmaqla ümumilikdə 25 min kitabın təqdim edilməsi nəzərdə tutulur. Bu nəşrlər yalnız dini mövzularda deyil, həmçinin fəlsəfə, tarix, ədəbiyyat, eləcə də Azərbaycan və dünya klassiklərinin əsərlərini əhatə edir.
Qeyd edək ki, layihənin birinci mərhələsində respublikanın Quba-Xaçmaz bölgəsini əhatə edən Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında yerləşən bir sıra məscidlərə kitab rəfləri və hər birinə 100 ədəd olmaqla kitablar təqdim olunub.
İkinci mərhələ aşağıda adları göstərilən məscidləri əhatə edib:
Astara rayonu
Astara şəhəri “Qum” məscidi Astara rayonu, Ərçivan qəsəbəsi “Məhəmməd Hənəfiyyə” məscidi Astara rayonu Təngərüd kənd məscidi Astara rayonu Vəznəş kənd məscidi Astara rayonu, Pensər kəndi “Hacı Teymur” məscidi Astara rayonu, Pensər kəndi “Cümə” məscidi Astara rayonu, Vaqo kəndi “Cümə” məscidi Astara rayonu, Şuvi kəndi “Cümə” məscidi Astara rayonu, Alaşa kəndi “Məhəmməd” məscidi
Lənkəran rayonu
Lənkəran şəhəri, Əliağa Vahid küçəsi “Cümə” məscidi Lənkəran şəhəri, Füzuli küçəsi “İmam Hüseyn” məscidi (Qalayçılar məhəlləsi) Lənkəran şəhəri, Böyük Bazar “Cümə” məscidi Lənkəran şəhəri, Kiçik Bazar “Hüsеyniyyə” məscidi Lənkəran rayonu, Liman şəhəri “Cümə” məscidi Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbə məscidi Lənkəran rayonu, Cil kəndi “Hüsеyniyyə” məscidi Lənkəran rayonu Sütəmurdov kənd məscidi
Lerik rayonu
Lerik şəhəri “Cümə” məscidi
Masallı rayonu
Masallı şəhəri “Cümə” məscidi Masallı rayonu, Boradigah qəsəbə məscidi Masallı rayonu, Boradigah qəsəbəsi “Həzrət Əli” məscidi Masallı şəhəri “Axund Məmmədqulu” məscidi Masallı rayonu Aşurlu kənd məscidi Masallı rayonu, Ərkivan qəsəbəsi “Şeyx Səfi” məscidi Masallı rayonu, Musaküçə kənd məscidi Masallı rayonu, Köhnə Alvadı kənd məscidi
Yardımlı rayonu
Yardımlı şəhər məscidi Yardımlı şəhər “Əsədabad” məhəllə məscidi
Cəlilabad rayonu
Cəlilabad şəhəri “Cümə” məscidi Cəlilabad şəhəri “Şəhidlər” məscidi Cəlilabad rayonu, Göytəpə şəhəri “İmam Zaman” məscidi Cəlilalabad şəhəri “İmam Hüseyn” məscidi