Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən həyata keçirilən “Hər məsciddə kitabxana” layihəsinin növbəti mərhələsi uğurla başa çatıb.
Bu mərhələ çərçivəsində ölkənin şimal-qərb bölgəsində yerləşən Şəki, Balakən, Qax, və Zaqatala rayonlarındakı bir sıra məscidlərə kitablar təqdim olunub.
Layihənin əsas məqsədi məscidlərin yalnız ibadət məkanı kimi deyil, həm də maarifləndirici və ictimai fəaliyyətlərin aparıldığı mərkəzlərə çevrilməsinə töhfə verməkdir. Bu təşəbbüs milli-mənəvi və dini dəyərlərin daha geniş kütlələrə çatdırılmasına, xüsusilə, gənclərdə mütaliə vərdişlərinin gücləndirilməsinə xidmət edir.
Layihə çərçivəsində cari ilin sonunadək ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən 250 məscidin kitabxana ilə təmin olunması planlaşdırılır. Təşəbbüsün növbəti illərdə də davam etdirilməsi, hər il məscidlərə kitab rəfləri və ümumilikdə 100 adda 25 min kitabın çatdırılması nəzərdə tutulur. Nəşrlər yalnız dini mövzularla məhdudlaşmır, həmçinin fəlsəfə, tarix, ədəbiyyat sahələrini və Azərbaycanla yanaşı, dünya klassiklərinin əsərlərini də əhatə edir.
Bu mərhələdə siyahıda adları göstərilən məscidlər kitabxana ilə təmin olunub: