Əlçatanlıq Parametrləri

Şrift ölçüsü: 100%

“Hər məsciddə kitabxana” layihəsi qərb bölgəsində davam etdirilib

“Hər məsciddə kitabxana” layihəsi qərb bölgəsində davam etdirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu “Hər məsciddə kitabxana” layihəsini ölkənin qərb bölgəsində də uğurla reallaşdırıb.

Layihənin bu mərhələsində Gəncə şəhəri ilə yanaşı, Samux, Göygöl, Daşkəsən, Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarında yerləşən məscidlərə müxtəlif mövzuları əhatə edən kitablar təqdim olunub.

Təşəbbüsün məqsədi məscidlərin yalnız ibadət məkanı kimi deyil, həm də ictimai-mədəni fəaliyyətlərin həyata keçirildiyi mərkəzlərə çevrilməsinə dəstək verməkdir. Bununla yanaşı, gənclərin mütaliəyə marağının artırılması, milli-mənəvi dəyərlərin daha geniş kütlələrə çatdırılması əsas hədəflər sırasındadır.

Cari ilin sonunadək ümumilikdə 250 məscidin kitabxana ilə təmin olunması nəzərdə tutulur. Gələcək illərdə isə layihənin davamlı olaraq genişləndirilməsi, hər il 100 adda 25 minədək kitabın məscidlərə çatdırılması planlaşdırılır. Nəşrlər dini ədəbiyyatla yanaşı, fəlsəfə, tarix, ədəbiyyat və dünya klassiklərinin əsərlərini də əhatə edir.

Bu mərhələdə siyahıda adları göstərilən məscidlər kitabxana ilə təmin olunub:

Gəncə şəhəri:

Gəncə şəhəri, “İmamzadə” məscid-ziyarətgah kompleksi

Gəncə şəhəri, “Şah Abbas” Cümə məscidi

Gəncə şəhəri, “Qazaxlar” məscidi

Gəncə şəhəri, “Şahsevənlər” məhəllə məscidi

             

 Samux rayonu:

        5. Samux şəhəri, “Əbülfəzli Abbas” məscidi

 

 Göygöl rayonu

         6. Göygöl şəhəri, “Heydər” məscidi

 

 Daşkəsən rayonu                                                          

        7. Daşkəsən şəhəri, “Cümə” məscidi

 

 Qazax rayonu

         8. Qazax şəhəri, “Cümə” məscidi

         9. Qazax rayonu, Aslanbəyli kəndi, "Hacı Mahmud Əfəndi" məscidi

 

Ağstafa rayonu

 

      10. Ağstafa şəhəri, “İmam Əli” adına Cümə məscidi

       11. Ağstafa rayonu, Göycəli kəndi, "Əbülfəzli Abbas" məscidi

 

Tovuz rayonu

 

        12. Tovuz rayon məscidi

 

Şəmkir rayonu

 

      13. Şəmkir şəhəri “Cümə” məscidi

      14. Şəmkir rayonu, Düyərli kənd məscidi

 

Gədəbəy rayonu

 

     15. Gədəbəy şəhəri, “Cümə” məscidi

     16. Gədəbəy rayonu, “İlyas Həsənoğlu” məscidi

err 02.10.25