Əlçatanlıq Parametrləri

Şrift ölçüsü: 100%

Azərbaycan İlahiyyat İnstitutuna qəbul olmuş tələbələrlə görüş keçirilib

Azərbaycan İlahiyyat İnstitutuna qəbul olmuş tələbələrlə görüş keçirilib

Sentyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Bakı İlahiyyat Kollecinə (BİK) 2025/2026-cı tədris ili üzrə qəbul olan tələbələrlə Komitə sədri Ramin Məmmədovun görüşü keçirilib.

Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Aİİ rektoru Aqil Şirinov ali təhsil müəssisəsində tələbələr üçün yaradılmış şərait barədə məlumat verib. Aqil Şirinov vurğulayıb ki, builki qəbul imtahanlarının nəticələri gənclər arasında instituta marağın artdığını göstərir. Belə ki, imtahanlarda 618 bal toplayan abituriyent məhz Azərbaycan İlahiyyat İnstitutunu seçərək “İslamşünaslıq” ixtisasına qəbul olub. Aİİ rektoru tələbələr üçün yaradılmış əlavə təqaüd proqramları barədə məlumat verib. Rektor yeni təqaüd proqramlarının təsis edilməsinin mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov tələbələri təbrik edib, onlara nailiyyətlər arzulayıb. Bildirib ki, Aİİ və BİK-də təhsil alan tələbələr üçün yaradılmış şərait Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dini sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Komitə sədri təsdiq edilmiş müxtəlif dövlət proqramlarının, imzalanan fərman və sərəncamların gənclərin vətənpərvərlik, milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, yüksək təhsil alması, həmçinin intellektual inkişafını təmin etmək baxımından xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Sədr təhsilalanların dövlət–din münasibətlərinin qorunub-saxlanılması, eyni zamanda, milli-mənəvi dəyərlərimizin, tolerantlıq ənənələrimizin yaşadılması üçün daim çalışacaqlarına ümidvar olduğunu vurğulayıb.

DQİDK sədrinin müavini Gündüz İsmayılov çıxışında müstəqillik dövründə ölkəmizdə din təhsilinin tarixi və inkişafı haqqında məlumat verib. Bildirib ki, gənclər Aİİ-də təhsilin hər üç pilləsi üzrə oxumaq  imkanına malikdirlər.  O, tələbələrin, eyni zamanda,  təhsillərini xaricdə davam etdirmək imkanlarının olduğunu da qeyd edib.

 

Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) icraçı direktoru Vüsal Göyüşov qeyd edib ki, Fondun fəaliyyətində əsas istiqamətlərindən biri də təhsilalanların sosial müdafiəsinin gücləndirilməsi, istedadlı şəxslərin təhsilini davam etdirməsinə dəstək göstərilməsidir.  O, Fondun bu istiqmətdə Aİİ ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb. 

Bakı İlahiyyat Kollecinin direktoru Mehman İsmayılov 2025/2026-cı tədris ili üzrə tələbə qəbulu haqqında məlumat verib. Qəbul planının 100 faiz dolduğunu, gənclərimizin dini sahədə peşəkar kadrlar kimi yetişməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Çıxış edən tələbələr onları maraqlandıran məsələlərlə bağlı suallar veriblər. İnstitut və kollecdə peşəkar mütəxəssislərin yetişdirilməsi üçün yaradılan şəraitə görə öz minnətdarlıqlarını ifadə ediblər.

Sonda Həmzə Nigari adına təqaüdün qalibi təltif olunub, 2025/2026-cı tədris ili üzrə yüksək göstəricilərlə qəbul olan tələbələrə hədiyyələr təqdim edilib.

Qeyd edək ki, 2025/2026-cı tədris ilində Azərbaycan İlahiyyat İnstitutuna bakalavriat pilləsi üzrə qəbul planı 100 faiz dolub. Belə ki, “İslamşünaslıq” ixtisasına 42,  “Dinşünaslıq” ixtisasına isə 36 tələbə qəbul edilib. Bakı İlahiyyat Kollecinə isə “Dini-mənəvi xidmət”  ixtisasına ümumi 9 illik orta təhsil bazasından 15, tam 11 illik orta təhsil bazasından isə 15 tələbə qəbul olub.

Azərbaycan İlahiyyat İnstitutuna qəbul olmuş tələbələrlə görüş keçirilib - Image 1
Azərbaycan İlahiyyat İnstitutuna qəbul olmuş tələbələrlə görüş keçirilib - Image 2
Azərbaycan İlahiyyat İnstitutuna qəbul olmuş tələbələrlə görüş keçirilib - Image 3
Azərbaycan İlahiyyat İnstitutuna qəbul olmuş tələbələrlə görüş keçirilib - Image 4
Azərbaycan İlahiyyat İnstitutuna qəbul olmuş tələbələrlə görüş keçirilib - Image 5
Azərbaycan İlahiyyat İnstitutuna qəbul olmuş tələbələrlə görüş keçirilib - Image 6
Azərbaycan İlahiyyat İnstitutuna qəbul olmuş tələbələrlə görüş keçirilib - Image 7
Azərbaycan İlahiyyat İnstitutuna qəbul olmuş tələbələrlə görüş keçirilib - Image 8
Azərbaycan İlahiyyat İnstitutuna qəbul olmuş tələbələrlə görüş keçirilib - Image 9
Azərbaycan İlahiyyat İnstitutuna qəbul olmuş tələbələrlə görüş keçirilib - Image 10
Azərbaycan İlahiyyat İnstitutuna qəbul olmuş tələbələrlə görüş keçirilib - Image 11
Azərbaycan İlahiyyat İnstitutuna qəbul olmuş tələbələrlə görüş keçirilib - Image 12
Azərbaycan İlahiyyat İnstitutuna qəbul olmuş tələbələrlə görüş keçirilib - Image 13
Azərbaycan İlahiyyat İnstitutuna qəbul olmuş tələbələrlə görüş keçirilib - Image 14
Azərbaycan İlahiyyat İnstitutuna qəbul olmuş tələbələrlə görüş keçirilib - Image 15
Azərbaycan İlahiyyat İnstitutuna qəbul olmuş tələbələrlə görüş keçirilib - Image 16
Azərbaycan İlahiyyat İnstitutuna qəbul olmuş tələbələrlə görüş keçirilib - Image 17
Azərbaycan İlahiyyat İnstitutuna qəbul olmuş tələbələrlə görüş keçirilib - Image 18
Azərbaycan İlahiyyat İnstitutuna qəbul olmuş tələbələrlə görüş keçirilib - Image 19
Azərbaycan İlahiyyat İnstitutuna qəbul olmuş tələbələrlə görüş keçirilib - Image 20
Azərbaycan İlahiyyat İnstitutuna qəbul olmuş tələbələrlə görüş keçirilib - Image 21
Azərbaycan İlahiyyat İnstitutuna qəbul olmuş tələbələrlə görüş keçirilib - Image 22
Azərbaycan İlahiyyat İnstitutuna qəbul olmuş tələbələrlə görüş keçirilib - Image 23
Azərbaycan İlahiyyat İnstitutuna qəbul olmuş tələbələrlə görüş keçirilib - Image 24
Azərbaycan İlahiyyat İnstitutuna qəbul olmuş tələbələrlə görüş keçirilib - Image 25
Azərbaycan İlahiyyat İnstitutuna qəbul olmuş tələbələrlə görüş keçirilib - Image 26
Azərbaycan İlahiyyat İnstitutuna qəbul olmuş tələbələrlə görüş keçirilib - Image 27
Azərbaycan İlahiyyat İnstitutuna qəbul olmuş tələbələrlə görüş keçirilib - Image 28
Azərbaycan İlahiyyat İnstitutuna qəbul olmuş tələbələrlə görüş keçirilib - Image 29
Azərbaycan İlahiyyat İnstitutuna qəbul olmuş tələbələrlə görüş keçirilib - Image 30
Azərbaycan İlahiyyat İnstitutuna qəbul olmuş tələbələrlə görüş keçirilib - Image 31
err 24.09.25