Əlçatanlıq Parametrləri

Şrift ölçüsü: 100%

Beynəlxalq simpozium çərçivəsində panellər keçirilir

Beynəlxalq simpozium çərçivəsində panellər keçirilir

“Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” mövzusunda keçirilən beynəlxalq simpozium panellərlə davam edir.
“Din təhsili modelləri” mövzusuna həsr olunan panelə Briqam Yanq Universiteti Humanitar elmlər fakültəsinin dekan müavini, slavyan dilləri üzrə fəlsəfə doktoru Qrant Lundberqin moderatorluq edib. Paneldə Ankara Universiteti İlahiyyat fakültəsinin İslam məzhəbləri tarixi müəllimi, professor Sönmez Kutlu, Albaniya Şərqşünaslıq Mərkəzinin icraçı direktoru Ermal Beqa, Azərbaycan İlahiyyat İnstitutu İlahiyyat fakültəsinin dekanı, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Elnurə Əzizova,  İlahiyyat fakültəsinin dekan müavinləri, sosiologiya üzrə fəlsəfə doktoru, dosent Asəf Qənbərov və fəlsəfə üzrə fəlsəfə doktoru Kövsər Tağıyev çıxış ediblər. 
Ankara Yıldırım Beyazıt Universiteti İlahiyyat fakültəsinin professoru Murat Demirkolun moderatorluq etdiyi “Din təhsili: tarix, ənənə və müasirlik” adlı paneldə İlya Dövlət Universiteti G.Sereteli adına Şərqşünaslıq İnstitutunun direktoru, professor Giorgi Sanikidze, Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mirniyaz Mürsəlov, Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və coğrafiya fakültəsinin Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosenti Afaq Piriyeva, Anadolu Universiteti Ədəbiyyat fakültəsi Fəlsəfə kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Xəyyam Cəlilzadə və AMEA-nın Rəyasət Heyəti Aparatının Humanitar elmlər bölməsinin əməkdaşı Zeynəb Həcəmova fikirlərini bölüşüblər.
Azərbaycan İlahiyyat İnstitutu Dinşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarovun moderatorluğu ilə keçirilən “Tolerantlıq və multikultural dəyərlər kontekstində din təhsili” adlı üçüncü paralel paneldə İslam dünyası ilə qarşılıqlı əlaqələr üzrə Ekspert Şurasının sədri (Rus Pravoslav Kilsəsi), Kazan Ruhani Seminariyasının dosenti (Rusiya) Qriqori Matrusov, Özbəkistan İslam Sivilizasiyası Mərkəzinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Zilola Xəlilova və AMEA-nın akad. Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi Hilal Ağamoğlanovun məruzələri dinlənilib. 
Beynəlxalq simpozium dünyəvi dövlətdə dini təhsilin konstitusional və hüquqi əsasları, dini təhsilin tolerantlıq və multikulturalizm istiqamətləri və digər mövzularda panel iclaslarla davam edir. 

Beynəlxalq simpozium çərçivəsində panellər keçirilir - Image 1
Beynəlxalq simpozium çərçivəsində panellər keçirilir - Image 2
Beynəlxalq simpozium çərçivəsində panellər keçirilir - Image 3
Beynəlxalq simpozium çərçivəsində panellər keçirilir - Image 4
Beynəlxalq simpozium çərçivəsində panellər keçirilir - Image 5
Beynəlxalq simpozium çərçivəsində panellər keçirilir - Image 6
Beynəlxalq simpozium çərçivəsində panellər keçirilir - Image 7
Beynəlxalq simpozium çərçivəsində panellər keçirilir - Image 8
Beynəlxalq simpozium çərçivəsində panellər keçirilir - Image 9
Beynəlxalq simpozium çərçivəsində panellər keçirilir - Image 10
Beynəlxalq simpozium çərçivəsində panellər keçirilir - Image 11
Beynəlxalq simpozium çərçivəsində panellər keçirilir - Image 12
Beynəlxalq simpozium çərçivəsində panellər keçirilir - Image 13
Beynəlxalq simpozium çərçivəsində panellər keçirilir - Image 14
Beynəlxalq simpozium çərçivəsində panellər keçirilir - Image 15
Beynəlxalq simpozium çərçivəsində panellər keçirilir - Image 16
Beynəlxalq simpozium çərçivəsində panellər keçirilir - Image 17
Beynəlxalq simpozium çərçivəsində panellər keçirilir - Image 18
err 22.10.25