Oktyabrın 22-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Bakıda “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” mövzusunda beynəlxalq simpozium öz işinə başlayıb.
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək Ümummilli Lider, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Daha sonra Şəhidlər xiyabanını ziyarət edən qonaqlar Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş Vətən övladlarının xatirəsinə ehtiramlarını bildiriblər, məzarları üzərinə güllər düzüblər.
22.10.25