Əlçatanlıq Parametrləri

Şrift ölçüsü: 100%

Mənəvi Dəyərlərin Təbliği Fondunda Çin nümayəndə heyəti ilə görüş keçirilib

Mənəvi Dəyərlərin Təbliği Fondunda Çin nümayəndə heyəti ilə görüş keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunda sentyabrın 23-də Çin Xalq Respublikasının Milli Etnik İşlər Komissiyasının (NEAC) nümayəndə heyəti ilə görüş keçirilib.

Fondun icraçı direktoru Vüsal Göyüşov qonaqlara ötən müddətdə həyata keçirilən layihələr barədə məlumat verib. O, qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə yaradılan Fond mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyinin göstərilməsini təmin edir.

Çin Xalq Respublikasının Milli Etnik İşlər Komissiyasının nümayəndə heyətinin rəhbəri Vei Guoxiong Çində milli azlıqların və dini icmaların mədəni irsinin qorunması, mənəvi dəyərlərin təbliği istiqamətində həyata keçirilən işlərdən söz açıb. Azərbaycanda dövlət-din münasibətləri sahəsində əldə olunan təcrübənin maraqlı olduğunu diqqətə çatdırıb.

Görüş zamanı qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb və gələcəkdə birgə layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Mənəvi Dəyərlərin Təbliği Fondunda Çin nümayəndə heyəti ilə görüş keçirilib - Image 1
Mənəvi Dəyərlərin Təbliği Fondunda Çin nümayəndə heyəti ilə görüş keçirilib - Image 2
Mənəvi Dəyərlərin Təbliği Fondunda Çin nümayəndə heyəti ilə görüş keçirilib - Image 3
Mənəvi Dəyərlərin Təbliği Fondunda Çin nümayəndə heyəti ilə görüş keçirilib - Image 4
Mənəvi Dəyərlərin Təbliği Fondunda Çin nümayəndə heyəti ilə görüş keçirilib - Image 5
Mənəvi Dəyərlərin Təbliği Fondunda Çin nümayəndə heyəti ilə görüş keçirilib - Image 6
Mənəvi Dəyərlərin Təbliği Fondunda Çin nümayəndə heyəti ilə görüş keçirilib - Image 7
Mənəvi Dəyərlərin Təbliği Fondunda Çin nümayəndə heyəti ilə görüş keçirilib - Image 8
Mənəvi Dəyərlərin Təbliği Fondunda Çin nümayəndə heyəti ilə görüş keçirilib - Image 9
err 25.09.25