Əlçatanlıq Parametrləri

Şrift ölçüsü: 100%

Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti Şuşaya səfər edib

Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti Şuşaya səfər edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə xaricdə yaşayan soydaşlarımızla dini-mənəvi əlaqələrin, birlik və həmrəylik bağlarının daha da gücləndirilməsi məqsədilə Türkiyənin Qars və İğdır vilayətlərindən, Gürcüstanın azərbaycanlılar yaşayan müxtəlif bölgələrindən olan, həmçinin ölkəmizdə fəaliyyət göstərən din xadimlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edib.

Səfər çərçivəsində nümayəndə heyəti mayın 31-də Şuşanın Yuxarı Gövhər Ağa məscidini, güllələnmiş heykəlləri, Xurşidbanu Natəvanın büstünü, Bülbülün ev muzeyini, Cıdır düzünü, Mehmandarovların malikanə kompleksini ziyarət edib.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə  Şuşa şəhərində həyata keçirilən yenidənqurma işləri barədə din xadimlərinə məlumat verilib. Qonaqların diqqətinə çatdırılıb ki, 30 ilə yaxın işğal dövründə şəhərdəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı quruculuq işlərinə start verilib və infrastrukturun qurulması ilə yanaşı, şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb. Vurğulanıb ki, tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunması, həmçinin dini ziyarətgahların bərpası, mühafizəsi Prezident İlham Əliyev tərəfindən daim diqqətdə saxlanılır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da bu prosesə öz töhfəsini verməkdədir. İnsanların dini etiqadına olan dərin hörmət və həssas münasibətin təzahürü olaraq Qarabağdakı dini abidələrimiz üçün intibah dövrü başlayıb. Dağıntı və saxtakarlığa məruz qalan məscidlərin tarixi siması bərpa edilib.

Nümayəndə heyətinin üzvləri Cıdır düzündə də olublar.

Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti Şuşaya səfər edib - Image 1
Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti Şuşaya səfər edib - Image 2
Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti Şuşaya səfər edib - Image 3
Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti Şuşaya səfər edib - Image 4
Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti Şuşaya səfər edib - Image 5
Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti Şuşaya səfər edib - Image 6
Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti Şuşaya səfər edib - Image 7
Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti Şuşaya səfər edib - Image 8
Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti Şuşaya səfər edib - Image 9
Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti Şuşaya səfər edib - Image 10
Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti Şuşaya səfər edib - Image 11
Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti Şuşaya səfər edib - Image 12
Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti Şuşaya səfər edib - Image 13
Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti Şuşaya səfər edib - Image 14
Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti Şuşaya səfər edib - Image 15
Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti Şuşaya səfər edib - Image 16
Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti Şuşaya səfər edib - Image 17
Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti Şuşaya səfər edib - Image 18
Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti Şuşaya səfər edib - Image 19
Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti Şuşaya səfər edib - Image 20
Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti Şuşaya səfər edib - Image 21
Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti Şuşaya səfər edib - Image 22
Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti Şuşaya səfər edib - Image 23
err 31.05.25