Əlçatanlıq Parametrləri

Şrift ölçüsü: 100%

Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib

Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib

İyul ayının 5-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Gənclər Fondu, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Respublika Qan Bankı, Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Bakı İlahiyyat Kolleci, Milli QHT Forumu, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə Azərbaycan İlahiyyat İnstitutunda qanvermə aksiyası keçirilib.

Aksiyada dövlət rəsmiləri, millət vəkilləri, qeyri-hökumət təşkilatlarının üzvləri, eləcə də 100-dək könüllü və ictimaiyyət nümayəndələri iştirak ediblər. Aksiyaya qatılanlar qanvermə ənənəsinin əhəmiyyətini vurğulayıblar. Bu təşəbbüsün Aşura mərasiminin dərin mənəvi və humanist ruhunun çatdırılması, insanlar arasında həmrəyliyin aşılanması, yardımlaşmanın önəminin təşviq edilməsi baxımından böyük rola malik olduğunu qeyd ediblər.

Respublika Qan Bankının xüsusi tibb briqadasının həkim hematoloqları tərəfindən həyata keçirilən qanvermə prosesində toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəlikdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Xatırladaq ki, bu gün qanvermə aksiyaları Şuşa, Ağdam şəhərləri, Naxçıvan Muxtar Respublikası daxil olmaqla ölkəmizin müxtəlif şəhər və rayonlarında təşkil edilib.

Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib - Image 1
Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib - Image 2
Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib - Image 3
Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib - Image 4
Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib - Image 5
Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib - Image 6
Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib - Image 7
Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib - Image 8
Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib - Image 9
Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib - Image 10
Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib - Image 11
Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib - Image 12
Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib - Image 13
Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib - Image 14
Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib - Image 15
Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib - Image 16
Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib - Image 17
Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib - Image 18
Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib - Image 19
Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib - Image 20
Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib - Image 21
Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib - Image 22
Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib - Image 23
Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib - Image 24
Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib - Image 25
Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib - Image 26
Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib - Image 27
Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib - Image 28
Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib - Image 29
err 05.07.25