Əlçatanlıq Parametrləri

Şrift ölçüsü: 100%

Azərbaycan İlahiyyat İnstitutu ilə Qars Qafqaz Universiteti arasında imzalanan memorandumun müddəti uzadılıb

Azərbaycan İlahiyyat İnstitutu ilə Qars Qafqaz Universiteti arasında imzalanan memorandumun müddəti uzadılıb

Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində martın 12-də Qars Qafqaz Universitetində görüş keçirilib.

2020-ci ildə Azərbaycan İlahiyyat İnstitutu ilə Qafqaz Universiteti arasında imzalanan memorandum çərçivəsindəki əməkdaşlığın nəticələri yüksək qiymətləndirilib. Əlaqələrin inkişafına müsbət təsiri  nəzərə alınaraq, memorandumun müddəti daha 5 il müddətinə uzadılması barədə sənəd imzalanıb.

Memorandum təhsil və tədqiqat sahəsində hər iki universitet arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədini daşıyır. Memorandum çərçivəsində hazırlanan fəaliyyət planı elmi-praktik əlaqələrin genişləndirilməsi, ixtisaslı kadr hazırlığının təmin olunması, qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsi və digər mövzuları əhatə edir.

Azərbaycan İlahiyyat İnstitutu ilə Qars Qafqaz Universiteti arasında imzalanan memorandumun müddəti uzadılıb - Image 1
Azərbaycan İlahiyyat İnstitutu ilə Qars Qafqaz Universiteti arasında imzalanan memorandumun müddəti uzadılıb - Image 2
Azərbaycan İlahiyyat İnstitutu ilə Qars Qafqaz Universiteti arasında imzalanan memorandumun müddəti uzadılıb - Image 3
Azərbaycan İlahiyyat İnstitutu ilə Qars Qafqaz Universiteti arasında imzalanan memorandumun müddəti uzadılıb - Image 4
Azərbaycan İlahiyyat İnstitutu ilə Qars Qafqaz Universiteti arasında imzalanan memorandumun müddəti uzadılıb - Image 5
err 13.03.25