Əlçatanlıq Parametrləri

Şrift ölçüsü: 100%

Beyləqanda “Zəfər günü milli-dini həmrəyliyin təntənəsi” mövzusunda tədbir keçirilib

Beyləqanda “Zəfər günü milli-dini həmrəyliyin təntənəsi” mövzusunda tədbir keçirilib

Oktyabrın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (Dövlət Komitəsi) təşkilatçılığı ilə Beyləqan rayonunda “Zəfər günü milli-dini həmrəyliyin təntənəsi” mövzusunda tədbir keçirilib.

Şəhid ailələri, din xadimləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ərazi bütövlüyümüzün qorunması uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbir Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yeganə Məmmədovanın moderatorluğu ilə keçirilib. Y. Məmmədova çıxış edərək, xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin təkcə hərbi qələbə deyil, həm də milli birliyimizin, dini həmrəyliyimizin və dövlət-xalq birliyinin parlaq təcəssümü olduğunu bildirib. Qeyd edib ki, bu Qələbə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının sarsılmaz iradəsi və ordumuzun qəhrəmanlığı nəticəsində mümkün olub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Ramil Hikmət Vətən müharibəsində müxtəlif dini etiqadlara mənsub Azərbaycan vətəndaşlarının çiyin-çiyinə döyüşərək torpaqlarımızın azadlığı uğrunda fədakarlıq nümayiş etdirdiyindən bəhs edib. Vurğulayıb ki, bu, Azərbaycanın çoxkonfessiyalı, tolerant və vəhdətə əsaslanan cəmiyyət modelinin canlı sübutudur.

Tədbirdə, həmçinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mil-Muğan regional bölməsinin müdiri Cavanşir Bəhrəmov, şəhid Famil və Şamil Həsənovların anası Aybəniz Həsənova, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri” İctimai Birliyinin Beyləqan rayon şöbəsinin sədri Rövşən Namazəliyev, Beyləqan rayon Ağsaqallar Şurasının sədri Etibar İmanov, II Qarabağ müharibəsinin iştirakçısı, qazi Orxan Həsənov və Beyləqan rayonu “Cərcis Peygəmbər” ziyarətgahı məscidinin imam müavini Məhəmməd Sadıqov çıxış edərək, Zəfər Gününün xalqımız üçün mənəvi qürur və milli həmrəylik bayramı olduğunu vurğulayıblar.

Çıxışlarda dövlət-din münasibətlərinin inkişafı, dini dəyərlərimizin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən, eləcə də bu sahədə Dövlət Komitəsinin gördüyü işlərdən bəhs olunub.

Beyləqanda “Zəfər günü milli-dini həmrəyliyin təntənəsi” mövzusunda tədbir keçirilib - Image 1
Beyləqanda “Zəfər günü milli-dini həmrəyliyin təntənəsi” mövzusunda tədbir keçirilib - Image 2
Beyləqanda “Zəfər günü milli-dini həmrəyliyin təntənəsi” mövzusunda tədbir keçirilib - Image 3
Beyləqanda “Zəfər günü milli-dini həmrəyliyin təntənəsi” mövzusunda tədbir keçirilib - Image 4
Beyləqanda “Zəfər günü milli-dini həmrəyliyin təntənəsi” mövzusunda tədbir keçirilib - Image 5
Beyləqanda “Zəfər günü milli-dini həmrəyliyin təntənəsi” mövzusunda tədbir keçirilib - Image 6
Beyləqanda “Zəfər günü milli-dini həmrəyliyin təntənəsi” mövzusunda tədbir keçirilib - Image 7
Beyləqanda “Zəfər günü milli-dini həmrəyliyin təntənəsi” mövzusunda tədbir keçirilib - Image 8
Beyləqanda “Zəfər günü milli-dini həmrəyliyin təntənəsi” mövzusunda tədbir keçirilib - Image 9
Beyləqanda “Zəfər günü milli-dini həmrəyliyin təntənəsi” mövzusunda tədbir keçirilib - Image 10
Beyləqanda “Zəfər günü milli-dini həmrəyliyin təntənəsi” mövzusunda tədbir keçirilib - Image 11
err 28.10.25