Buxarestdə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib
Martın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Rumıniyaya səfəri çərçivəsində Buxarestdəki "Tey" parkında ucaldılan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib.
Abidə önünə gül dəstəsi qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad edilib.