Əlçatanlıq Parametrləri

Şrift ölçüsü: 100%

Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər

Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər

Şamaxı rayonunda fəaliyyət göstərən din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər. Səfər zamanı iştirakçılar Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Çöl Qala, Saatlı və Mamayı, Ağdam rayonundakı Cümə və Qiyaslı məscidlərində, həmçinin Zəngilan məscidində olublar. Onlara abidələrin tarixi və memarlıq xüsusiyyətləri, işğal dövründə məruz qaldıqları dağıntılar, eləcə də işğaldan azad olunduqdan sonra həmin dini-mədəni irs nümunələrində Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən bərpa işləri barədə ətraflı məlumat verilib.

Ziyarətlər zamanı işğal dövründə dağıdılmış və ya ciddi zərər görmüş tarixi-dini abidələrin mövcud vəziyyəti, onların bərpası istiqamətində dövlət tərəfindən görülən sistemli tədbirlər iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa və yenidənqurma proqramlarında dini və mədəni irsin qorunması xüsusi diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən bir çox layihələr icra olunur. Fondun dəstəyi ilə bölgədə yerləşən dini abidələrin, ziyarətgahların restavrasiyası istiqamətində mühüm işlər görülür.

Qeyd edək ki, belə səfərlər din xadimlərinin tarixi abidələrimizin bərpası və regionda aparılan yenidənqurma prosesləri barədə məlumatlılığının artırılmasına xidmət edir.

Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər - Image 1
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər - Image 2
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər - Image 3
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər - Image 4
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər - Image 5
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər - Image 6
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər - Image 7
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər - Image 8
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər - Image 9
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər - Image 10
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər - Image 11
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər - Image 12
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər - Image 13
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər - Image 14
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər - Image 15
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər - Image 16
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər - Image 17
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər - Image 18
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər - Image 19
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər - Image 20
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər - Image 21
err 04.06.26