Əlçatanlıq Parametrləri

Şrift ölçüsü: 100%

Dövlət Komitəsinin sədri Bakıda fəaliyyət göstərən ziyarətgahlarda olub

Dövlət Komitəsinin sədri Bakıda fəaliyyət göstərən ziyarətgahlarda olub

Aprelin 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakının Xəzər rayonundakı Mir Mövsüm Ağa, Pir Həsən ziyarətgah kompleksləri və Suraxanı rayonu, Bülbülə qəsəbəsi “Məhəmməd Sadiq” ziyarətgahında olub.

Ziyarətgahlarda yaradılan şəraitlə tanış olan Komitə sədri dövlət tərəfindən milli-mənəvi dəyərlərin qorunması, dini icmaların fəaliyyətinin dəstəklənməsi istiqamətində görülən işlər barəsində danışıb. Bildirib ki, ölkəmizdə heç bir fərq qoyulmadan müxtəlif dini icmalara, onlara məxsus ibadət yerlərinə diqqət və qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən hər il dini qurumlara maliyyə yardımı ayrılır.

R. Məmmədov ölkəmizdəki multikulturalizm və tolerantlıq ənənələrinin milli həmrəyliyin formalaşmasında mühüm rol oynadığını bildirib. Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə dini ibadət yerlərinin, ziyarətgahların bərpası və qorunması istiqamətində bir çox uğurlu layihələrin həyata keçirildiyini qeyd edib.

Görüşlərdə iştirak edən din xadimləri Azərbaycanda dini etiqad azadlığının təmin olunması üçün hər cür şəraitin yaradıldığını, məscid, kilsə, sinaqoq, ziyarətgahların təmiri və bərpasının diqqətdə saxlanıldığını vurğulayıblar. Dini dəyərlərin qorunması və inkişafına göstərilən diqqətə görə dövlət rəhbərliyinə minnətdar olduqlarını bildiriblər.  

Dövlət Komitəsinin sədri Bakıda fəaliyyət göstərən ziyarətgahlarda olub - Image 1
Dövlət Komitəsinin sədri Bakıda fəaliyyət göstərən ziyarətgahlarda olub - Image 2
Dövlət Komitəsinin sədri Bakıda fəaliyyət göstərən ziyarətgahlarda olub - Image 3
Dövlət Komitəsinin sədri Bakıda fəaliyyət göstərən ziyarətgahlarda olub - Image 4
Dövlət Komitəsinin sədri Bakıda fəaliyyət göstərən ziyarətgahlarda olub - Image 5
Dövlət Komitəsinin sədri Bakıda fəaliyyət göstərən ziyarətgahlarda olub - Image 6
Dövlət Komitəsinin sədri Bakıda fəaliyyət göstərən ziyarətgahlarda olub - Image 7
Dövlət Komitəsinin sədri Bakıda fəaliyyət göstərən ziyarətgahlarda olub - Image 8
Dövlət Komitəsinin sədri Bakıda fəaliyyət göstərən ziyarətgahlarda olub - Image 9
Dövlət Komitəsinin sədri Bakıda fəaliyyət göstərən ziyarətgahlarda olub - Image 10
Dövlət Komitəsinin sədri Bakıda fəaliyyət göstərən ziyarətgahlarda olub - Image 11
Dövlət Komitəsinin sədri Bakıda fəaliyyət göstərən ziyarətgahlarda olub - Image 12
Dövlət Komitəsinin sədri Bakıda fəaliyyət göstərən ziyarətgahlarda olub - Image 13
Dövlət Komitəsinin sədri Bakıda fəaliyyət göstərən ziyarətgahlarda olub - Image 14
Dövlət Komitəsinin sədri Bakıda fəaliyyət göstərən ziyarətgahlarda olub - Image 15
Dövlət Komitəsinin sədri Bakıda fəaliyyət göstərən ziyarətgahlarda olub - Image 16
err 15.04.25