Əlçatanlıq Parametrləri

Şrift ölçüsü: 100%

Dövlət Komitəsinin sədri islamofobiya ilə mübarizəyə həsr olunan beynəlxalq elmi konfransda çıxış edib

Dövlət Komitəsinin sədri islamofobiya ilə mübarizəyə həsr olunan beynəlxalq elmi konfransda çıxış edib

Bakıda “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq elmi konfransın ”İslamofobiyada Qlobal Meyillər: Çağırışlar və Cavablar” adlı plenar sessiyasında dünyanın müxtəlif regionlarından gəlmiş çıxışçılar islamofobiyaya qarşı effektiv cavab yollarını müzakirə edirlər.

Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı, "ADA" Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən plenar sessiyada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, KAICIID-in icraçı Baş katibi vəzifəsini icra edən Antonio De Almeiday Ribeiro, Ümumdünya Fətva Təşkilatlarının Baş katibi İbrahim Nəcm, Efiopiya İslam İşləri Ali Şurasının prezidenti, Efiopiya İslam Alimləri və Dinlərarası Şurasının sədri İbrahim Tufa, ICESCO-nun Sivilizasiyalararası Dialoq Mərkəzinin direktoru Xalid Fəthəlrəhman, G20 Dinlərarası Dialoq Forumunun prezidenti Kol Durham çıxış ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ölkəmizin islamofobiya meyillərinə qarşı mövqeyi önəmi barədə danışıb. Komitə sədri bildirib ki, Azərbaycan bu gün dünyada sabitlik və təhlükəsizliyə ciddi təhdidlər yaradan islamofobiya meyillərinə qarşı qətiyyətlə çıxış edərək, dini dözümlülüyün və qarşılıqlı hörmətin təşviqində mühüm rol oynayır. Mədəni müxtəlifliyin və tolerantlıq mühitinin qorunması dövlət siyasətinin prioritet istiqamətləri kimi müəyyən edilib. Azərbaycan qlobal miqyasda dini və mədəni müxtəlifliyə hörmətin, qarşılıqlı anlaşmanın və multikultural dəyərlərin təbliği missiyasını layiqincə yerinə yetirir. Ötən müddətdə keçirilən çoxsaylı beynəlxalq konfranslar və forumlar bu sahədə fəal və təşəbbüskar bir aktor olduğumuzu sübut edir. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülən və qısa müddətdə qlobal dialoq və əməkdaşlıq modeli kimi beynəlxalq səviyyədə tanınan Bakı Prosesi çərçivəsində keçirilən tədbirlərə diqqət çəkən Komitə sədri bu önəmli təşəbbüslərin ölkəmizin multikulturalizm siyasətinin təbliği və dini dözümlülük sahəsindəki mövqeyini bir daha vurğuladığını deyib. Azərbaycanın islamofob təzahürə məruz qalması barədə danışan Ramin Məmmədov Ermənistanın işğalı altında qaldığı dövrdə Qarabağda İslam mədəniyyətinə aid və digər bütün muzeylərin, məscidlərin, abidələrin dağıdıldığını bildirib. Birinci Qarabağ müharibəsinə kimi bölgədə 706 tarixi və mədəniyyət abidəsinin olduğunu, Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuzun saxlanıldığını, digər məscidlərin də təhqirlərə məruz qaldığını, məbədlərin tarixi görkəminin dəyişdirilərək “erməni irsinin nümunələri” kimi təqdim olunmasına cəhd göstərildiyini söyləyib. Bildirib ki, Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərdə bütün dinlərə aid abidələrin qorunmasına xüsusi həssaslıqla yanaşır. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu dini-tarixi abidlərin bərpasında mühüm rol oynayır.

Dövlət Komitəsinin sədri qeyd edib ki, islamofobiya yalnız müsəlmanlara qarşı yönələn bir təhlükə olmaqla qalmır, eyni zamanda bütün bəşəriyyətin qarşısında duran ciddi problemə çevrilir. İslama edilən hücumlar, əslində onun daşığıdı sülh dəyərlərini paylaşan bütün dinlərə edilən hücumdur. Dini zəmində meydana gələn problemlərin aradan qaldırılması üçün dinlərarası dialoqa hərtərəfli dəstəyin verilməsi dünya dövlətləri, beynəlxalq təşkilatların qarşısında dayanan mühüm vəzifələrdəndir. Azərbaycan öz təcrübəsində tolerant və multikultural cəmiyyətin ən yaxşı modellərindən birini yaratmağa müvəffəq olmuş ölkə kimi bu prosesdə məsuliyyəti bölüşməyə və real nəticələr üçün bütün imkanlarını səfərbər etməyə hazırdır.

Dövlət Komitəsinin sədri islamofobiya ilə mübarizəyə həsr olunan beynəlxalq elmi konfransda çıxış edib - Image 1
Dövlət Komitəsinin sədri islamofobiya ilə mübarizəyə həsr olunan beynəlxalq elmi konfransda çıxış edib - Image 2
Dövlət Komitəsinin sədri islamofobiya ilə mübarizəyə həsr olunan beynəlxalq elmi konfransda çıxış edib - Image 3
Dövlət Komitəsinin sədri islamofobiya ilə mübarizəyə həsr olunan beynəlxalq elmi konfransda çıxış edib - Image 4
Dövlət Komitəsinin sədri islamofobiya ilə mübarizəyə həsr olunan beynəlxalq elmi konfransda çıxış edib - Image 5
Dövlət Komitəsinin sədri islamofobiya ilə mübarizəyə həsr olunan beynəlxalq elmi konfransda çıxış edib - Image 6
Dövlət Komitəsinin sədri islamofobiya ilə mübarizəyə həsr olunan beynəlxalq elmi konfransda çıxış edib - Image 7
Dövlət Komitəsinin sədri islamofobiya ilə mübarizəyə həsr olunan beynəlxalq elmi konfransda çıxış edib - Image 8
err 26.05.25