Əlçatanlıq Parametrləri

Şrift ölçüsü: 100%

Dövlət Komitəsinin sədri Qazax rayonunda vətəndaşları qəbul edəcək

Dövlət Komitəsinin sədri Qazax rayonunda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov mayın 19-da Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Qəbul saat 11:00-da Qazax rayon Ədəbiyyat muzeyində (ünvan: Qazax şəhəri, Heydər Əliyev prospekti) keçiriləcəkdir.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinə (əlaqə vasitələri: (055) 300 99 82, (022) 312 38 91, chairman@scara.gov.az, dk-tovuz@scara.gov.az) müraciət etmələri xahiş olunur.

Dövlət Komitəsinin sədri Qazax rayonunda vətəndaşları qəbul edəcək - Image 1
err 16.05.25