Əlçatanlıq Parametrləri

Şrift ölçüsü: 100%

Dövlət Komitəsinin sədri Qubada tələbənin evini ziyarət edib

Dövlət Komitəsinin sədri Qubada tələbənin evini ziyarət edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tərəfindən həyata keçirilən “Qonağınız müəllimlərinizdir” layihəsi çərçivəsində tələbələrin ailələrinə ziyarətlər davam edir.

Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Komitənin və Aİİ-nin rəhbər heyəti iyunun 19-da Quba rayonunda “Dinşünaslıq” ixtisasının III kurs tələbəsi Ülvi Eyyubovun ailəsinin qonağı olublar.

Komitə sədri vurğulayıb ki, gənclərin tariximizə, mədəni irsimizə, adət-ənənələrimizə, milli-mənəvi sərvətimizə və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması dövlət siyasətinin əsas prinsiplərindən biridir. Aİİ-nin yaradılmasının buna bariz nümunə olduğunu qeyd edən Ramin Məmmədov ali təhsil müəssisəsində mövcud elm-təhsil mühitinə də diqqət çəkib. Qeyd edib ki, İnstitutda gənclərimizin yüksəkixtisaslı, savadlı kadrlar kimi yetişməsi üçün hər bir şərait yaradılıb.

Tələbənin valideynləri göstərilən diqqət və qayğıya görə Komitə sədrinə və İnstitut heyətinə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Ülvi Eyyubovun atası Anar Eyyubov Qubada fəaliyyət göstərən “Ağ məscid”in imamıdır.

Dövlət Komitəsinin sədri Qubada tələbənin evini ziyarət edib - Image 1
Dövlət Komitəsinin sədri Qubada tələbənin evini ziyarət edib - Image 2
Dövlət Komitəsinin sədri Qubada tələbənin evini ziyarət edib - Image 3
err 20.06.25