Əlçatanlıq Parametrləri

Şrift ölçüsü: 100%

Dövlət Komitəsinin sədri Salyan rayonunda vətəndaşları qəbul edəcək

Dövlət Komitəsinin sədri Salyan rayonunda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun 16 mart tarixində Salyan rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Dövlət Komitəsinin sədri martın 18-də Şirvan şəhəri, Salyan, Hacıqabul, Neftçala və Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Qəbul saat 11:00-da Salyan rayon Heydər Əliyev Mərkəzində (ünvan: Salyan şəhəri, T.Xəlilbəyli küçəsi, 136) keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq, qəbulda iştirak etmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinə (əlaqə vasitələri: (070) 220 00 20, (021) 212 21 30, chairman@scara.gov.az, dk-shirvan@scara.gov.az) müraciət etmələri xahiş olunur.

Dövlət Komitəsinin sədri Salyan rayonunda vətəndaşları qəbul edəcək - Image 1
err 16.03.26