Əlçatanlıq Parametrləri

Şrift ölçüsü: 100%

Dövlət Komitəsinin sədri tələbənin ailəsini ziyarət edib

Dövlət Komitəsinin sədri tələbənin ailəsini ziyarət edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu tərəfindən (Aİİ) həyata keçirilən “Qonağınız müəllimlərinizdir” layihəsi çərçivəsində tələbələrin ailələrinə ziyarət davam edir.
Aprelin 16-da Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Aİİ-nin rəhbər heyəti və müəllimləri “Dünşünaslıq” ixtisasının III kurs tələbəsi Səid Nəsirlinin ailəsinin qonağı olublar.
Komitə sədri ölkəmizdə gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, savadlı kadrlar kimi yetişməsi üçün dövlət tərəfindən göstərilən qayğının bariz nümunələrindən biri kimi Aİİ-nin tələbələri üçün yaradılmış elm-təhsil mühitindən bəhs edib. Ramin Məmmədov institutla tələbələrin ailələri arasında sıx münasibətlərin təhsil prosesinə müsbət təsirindən də danışıb.
Tələbənin valideynləri göstərilən diqqət və qayğıya görə Komitə sədrinə və institut heyətinə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, “Qonağınız müəllimlərinizdir” layihəsinin məqsədi tələbələrin akademik göstəricilərinin yüksəldilməsi, dövrün tələblərinə cavab verən dinşünas və islamşünas kadrların hazırlanması istiqamətində ailə ilə təhsil qurumunun qarşılıqlı münasibətlərinin inkişaf etdirilməsi, imkanlarının dəyərləndirilməsidir.

Dövlət Komitəsinin sədri tələbənin ailəsini ziyarət edib - Image 1
Dövlət Komitəsinin sədri tələbənin ailəsini ziyarət edib - Image 2
Dövlət Komitəsinin sədri tələbənin ailəsini ziyarət edib - Image 3
err 16.04.25