Əlçatanlıq Parametrləri

Şrift ölçüsü: 100%

Dövlət Komitəsinin Sədri "Tereza Ana" Şəfqət evinin fəaliyyəti ilə tanış olub

Dövlət Komitəsinin Sədri "Tereza Ana" Şəfqət evinin fəaliyyəti ilə tanış olub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov aprelin 15-də Bakıda yerləşən Azərbaycanda Katolik Kilsənin Apostol Prefekturasının nəzdindəki “Tereza Ana” Şəfqət evinin fəaliyyəti ilə tanış olub.  

Dövlət Komitəsinin sədri Azərbaycanda multikultural dəyərlərə və tolerantlıq ənənələrinə əsaslanan ictimai münasibətlər sisteminin formalaşmasında Ulu Öndər Heydər Əliyevin ideyalarının müstəsna rol oynadığını vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ümummilli Liderin siyasətini uğurla davam etdirdiyini, müxtəlif konfessiyaların nümayəndələrinin yaşadığı ölkəmizdə dini etiqad azadlığının təmin olunması üçün əlverişli şərait yaradıldığını qeyd edib. Bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun Azərbaycanda və xarici ölkələrdə bəşəriyyətin ümumi irsi hesab olunan dini abidələrin bərpası istiqamətində həyata keçirdiyi layihələr xalqımızın multikulturalizm ənənənələrinə ehtiramını nümayiş etdirir.  

Azərbaycanda Katolik Kilsəsinin Apostol prefekti yepiskop Vladimir Fekete ölkəmizdə katolikliyin tarixi və fəaliyyəti haqqında məlumat verib, dövlətin icmaya göstərdiyi qayğıdan məmnunluğunu ifadə edib. Ötən ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Heydər Əliyev Fondunun dəstəyi  ilə Bakıda yeni katolik kilsəsinin təməlinin qoyulmasının Azərbaycanda yaşayan katoliklər üçün tarixi bir məqam olduğunu vurğulayıb.

Dövlət Komitəsinin Sədri "Tereza Ana" Şəfqət evinin fəaliyyəti ilə tanış olub - Image 1
Dövlət Komitəsinin Sədri "Tereza Ana" Şəfqət evinin fəaliyyəti ilə tanış olub - Image 2
Dövlət Komitəsinin Sədri "Tereza Ana" Şəfqət evinin fəaliyyəti ilə tanış olub - Image 3
Dövlət Komitəsinin Sədri "Tereza Ana" Şəfqət evinin fəaliyyəti ilə tanış olub - Image 4
Dövlət Komitəsinin Sədri "Tereza Ana" Şəfqət evinin fəaliyyəti ilə tanış olub - Image 5
err 15.04.25