Əlçatanlıq Parametrləri

Şrift ölçüsü: 100%

Dövlət Komitəsinin sədri Zərdab rayonunda vətəndaşları qəbul edəcək

Dövlət Komitəsinin sədri Zərdab rayonunda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov aprelin 8-də Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Qəbul saat 11:00-da Zərdab rayon Heydər Əliyev Mərkəzində (ünvan: Zərdab şəhəri, Heydər Əliyev prospekti, 21) keçiriləcəkdir.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Göyçay regional bölməsinə (Əlaqə vasitələri: (020) 274 19 53, (050) 470 68 00, chairman@scara.gov.az, dk-goychay@scara.gov.az) müraciət etmələri xahiş olunur.

Dövlət Komitəsinin sədri Zərdab rayonunda vətəndaşları qəbul edəcək - Image 1
err 03.04.25