Əlçatanlıq Parametrləri

Şrift ölçüsü: 100%

“Fərqliliyin rəngi” adlı festival başa çatıb

“Fərqliliyin rəngi” adlı festival başa çatıb

Noyabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı, ölkəmizdə fəaliyyət göstərən müxtəlif dini konfessiyaların nümayəndələrinin iştirakı ilə keçirilən “Fərqliliyin rəngi” festivalı bədii hissə ilə davam edib. 

Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun tələbələrinin təqdimatında “Qafil, oyan” kompozisiyası, Azərbaycan Respublikasının xalq artisti Alim Qasımovun ifasında “İlahi” səsləndirilib, əməkdar artist Anton Ferştandt isə “Baharlı yurdum, Azərbaycan” mahnısı ilə çıxış edib. Müxtəlif dini konfessiyaların üzvlərindən ibarət qruplar tərəfindən onların dini-mədəni irslərini və dəyərlərini, eləcə də Azərbaycana sevgini tərənnüm etdirən musiqi, rəqs nümunələri nümayiş olunub.

Tədbir çərçivəsində Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının sədri, yepiskop Aleksiy Smirnov, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının general vikarisi Yozef Marek, Qax rayonu Qaxingiloy kəndi “Müqəddəs Giorgi” kilsəsinin baş keşişi Paata Xumaraşvili, “Azərbaycan Bibliya Cəmiyyəti” Xristian dini icmasının sədri Rasim Xəlilov, Azərbaycan Bəhailəri Dini Mərkəzinin katibi Ramazan Əsgərli, Bakı şəhəri Krişna şüuru dini icmasının sədri Ramil Cəbrayıllı və İsmayıllı rayonu, İvanovka kəndi “Molokan-ruhani-xristian” dini icmasının sədri Sergey Kazakov çıxış ediblər. 

Çıxış edənlər qeyd ediblər ki, Azərbaycanda bütün dini konfessiyalara bərabər münasibət göstərilir, dini müxtəliflik cəmiyyətin mədəni zənginliyinin mühüm tərkib hissəsidir. Bildirilib ki, ölkəmizdə tarixən formalaşmış multikultural dəyərlər bu gün də dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qorunur və inkişaf etdirilir.
Konfessiya təmsilçiləri dini icmalar arasında davamlı dialoqun, qarşılıqlı əməkdaşlığın və humanist dəyərlərin təbliğinin sülhün möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıblar. Onlar həmçinin bu kimi festivalların cəmiyyətin maarifləndirilməsinə, milli-mənəvi dəyərlərin təşviqinə və gənc nəslin tolerantlıq ruhunda formalaşmasına xidmət etdiyini bildiriblər.

Konfessiya nümayəndələri dini dəyərlərə göstərilən qayğıya, həmçinin tolerantlıq və multikultural ənənələrin inkişafına verdiyi böyük dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkür edərək ölkəmizdə mövcud sabitliyin, qarşılıqlı etimad mühitinin nümunəvi xarakter daşıdığını diqqətə çatdırıblar. 

Tədbirin davamında İslam və qeyri-islam dini icmalarının nümayəndələri sülh və həmrəylik niyyəti ilə birgə dua ediblər.

Sonda fəal iştiraklarına görə dini qurumların təmsilçiləri və “AMİN” könüllüləri təşəkkürnamə ilə təltif ediliblər.

“Fərqliliyin rəngi” adlı festival başa çatıb - Image 1
“Fərqliliyin rəngi” adlı festival başa çatıb - Image 2
“Fərqliliyin rəngi” adlı festival başa çatıb - Image 3
“Fərqliliyin rəngi” adlı festival başa çatıb - Image 4
“Fərqliliyin rəngi” adlı festival başa çatıb - Image 5
“Fərqliliyin rəngi” adlı festival başa çatıb - Image 6
“Fərqliliyin rəngi” adlı festival başa çatıb - Image 7
“Fərqliliyin rəngi” adlı festival başa çatıb - Image 8
“Fərqliliyin rəngi” adlı festival başa çatıb - Image 9
“Fərqliliyin rəngi” adlı festival başa çatıb - Image 10
“Fərqliliyin rəngi” adlı festival başa çatıb - Image 11
“Fərqliliyin rəngi” adlı festival başa çatıb - Image 12
“Fərqliliyin rəngi” adlı festival başa çatıb - Image 13
“Fərqliliyin rəngi” adlı festival başa çatıb - Image 14
“Fərqliliyin rəngi” adlı festival başa çatıb - Image 15
“Fərqliliyin rəngi” adlı festival başa çatıb - Image 16
“Fərqliliyin rəngi” adlı festival başa çatıb - Image 17
“Fərqliliyin rəngi” adlı festival başa çatıb - Image 18
“Fərqliliyin rəngi” adlı festival başa çatıb - Image 19
“Fərqliliyin rəngi” adlı festival başa çatıb - Image 20
“Fərqliliyin rəngi” adlı festival başa çatıb - Image 21
“Fərqliliyin rəngi” adlı festival başa çatıb - Image 22
“Fərqliliyin rəngi” adlı festival başa çatıb - Image 23
“Fərqliliyin rəngi” adlı festival başa çatıb - Image 24
“Fərqliliyin rəngi” adlı festival başa çatıb - Image 25
“Fərqliliyin rəngi” adlı festival başa çatıb - Image 26
“Fərqliliyin rəngi” adlı festival başa çatıb - Image 27
“Fərqliliyin rəngi” adlı festival başa çatıb - Image 28
“Fərqliliyin rəngi” adlı festival başa çatıb - Image 29
“Fərqliliyin rəngi” adlı festival başa çatıb - Image 30
“Fərqliliyin rəngi” adlı festival başa çatıb - Image 31
err 05.11.25