Əlçatanlıq Parametrləri

Şrift ölçüsü: 100%

Göyçayda din xadimləri üçün ikigünlük seminar-treninq keçiriləcək

Göyçayda din xadimləri üçün ikigünlük seminar-treninq keçiriləcək

Noyabrın 26–27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun birgə təşkilatçılığı ilə Göyçayda din xadimləri üçün ikigünlük seminar-treninq keçiriləcək.

Dini sahədə çalışan şəxslərin peşəkar hazırlıq səviyyəsini yüksəltmək, onların müasir dini-ictimai prosesləri düzgün qiymətləndirmə bacarığını artırmaq, dini mühitdə yarana biləcək xarici və daxili təsirlərə qarşı səriştəli yanaşmalar formalaşdırmaq məqsədilə təşkil ediləcək təlimlər çərçivəsində din xadimlərinə dini təbliğatın sağlam prinsiplərlə aparılması, gənclər arasında radikallaşma risklərinin azaldılması üzrə praktik biliklər veriləcək.

İştirakçılara həmçinin, dini müxtəlifliyin harmonik şəkildə qorunması, rəqəmsal platformalarda elmi əsaslı dini maarifləndirmə, ictimai və regional proseslərin dini mühitə təsirinin düzgün təhlili üzrə müasir metodiki yanaşmalar təqdim olunacaq.

Seminar çərçivəsində din xadimlərinin qarşılıqlı təcrübə mübadiləsi aparması, mövcud çağırışlar, qeyri-rəsmi dini fəaliyyətlərdən qaynaqlanan risklərin müzakirəsi də nəzərdə tutulur.

err 25.11.25