Əlçatanlıq Parametrləri

Şrift ölçüsü: 100%

Komitə sədri Şərurda məscidləri ziyarət edib

Komitə sədri Şərurda məscidləri ziyarət edib

Noyabrın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Naxçıvanda Şərur şəhər məscidini və Şərur rayonunun Xələc kənd məscidini ziyarət edib, eyni zamanda Şərur rayon dini icmasında yaradılan şəraitlə tanış olub.
Məscidləri ziyarət zamanı din xadimləri ilə görüşən Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, xalqın əsrlər boyu təşəkkül tapmış mənəvi sərvətlərinin qorunması, dini ibadətgahların tikintisi, bərpası və mühafizəsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Dövlət başçısının dini sahəyə göstərdiyi diqqət və qayğı bu istiqamətdə reallaşdırılan çoxsaylı layihələrdə, dini icmaların fəaliyyətinə verilən dəstəkdə öz əksini tapır. Qeyd olunub ki, bu siyasətin əsas məqsədlərindən biri Azərbaycanda tarixən formalaşmış tolerantlıq mühitinin yaşadılması, dini-mədəni irsin gələcək nəsillərə çatdırılması və ortaq mənəvi dəyərlər ətrafında həmrəyliyin daha da möhkəmləndirilməsidir.
Ramin Məmmədov dini ibadətgahların vətəndaşların mənəvi həyatında mühüm yer tutduğunu vurğulayıb. Komitə sədri din xadimləri ilə söhbətində dini maarifləndirmə işinin daha da gücləndirilməsinin, gənclərin milli-mənəvi dəyərlərə bağlı ruhda yetişdirilməsinin, eləcə də cəmiyyətdə sağlam dini mühitin qorunmasının vacibliyini diqqətə çatdırıb.
Din xadimləri xalqımızın tarixi-mədəni ənənələrinin mühafizəsi və təbliği, dini ibadətgahların fəaliyyətinin təmin olunması istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək, bu sahəyə göstərilən dövlət qayğısına və yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Komitə sədri Şərurda məscidləri ziyarət edib - Image 1
Komitə sədri Şərurda məscidləri ziyarət edib - Image 2
Komitə sədri Şərurda məscidləri ziyarət edib - Image 3
Komitə sədri Şərurda məscidləri ziyarət edib - Image 4
Komitə sədri Şərurda məscidləri ziyarət edib - Image 5
Komitə sədri Şərurda məscidləri ziyarət edib - Image 6
Komitə sədri Şərurda məscidləri ziyarət edib - Image 7
Komitə sədri Şərurda məscidləri ziyarət edib - Image 8
Komitə sədri Şərurda məscidləri ziyarət edib - Image 9
Komitə sədri Şərurda məscidləri ziyarət edib - Image 10
Komitə sədri Şərurda məscidləri ziyarət edib - Image 11
Komitə sədri Şərurda məscidləri ziyarət edib - Image 12
Komitə sədri Şərurda məscidləri ziyarət edib - Image 13
Komitə sədri Şərurda məscidləri ziyarət edib - Image 14
Komitə sədri Şərurda məscidləri ziyarət edib - Image 15
Komitə sədri Şərurda məscidləri ziyarət edib - Image 16
Komitə sədri Şərurda məscidləri ziyarət edib - Image 17
Komitə sədri Şərurda məscidləri ziyarət edib - Image 18
err 03.11.26