Masallıda din xadimləri üçün ikigünlük seminar-treninq keçiriləcək
Avqustun 27-28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Masallıda din xadimləri üçün ikigünlük seminar-treninq keçiriləcək.
Seminar-treninqin məqsədi dini fəaliyyətlə məşğul olan şəxslərin peşəkar bilik və bacarıqlarını artırmaq, müasir dövrün dini və ictimai çağırışlarına cavab verə bilən peşəkar yanaşmaların formalaşdırılmasını təmin etməkdir. Tədbir çərçivəsində dini radikalizm, ekstremizm və yanlış təbliğatlara qarşı maarifləndirmənin gücləndirilməsi, həmçinin dini icmalar arasında sağlam dialoq və əməkdaşlıq mühitinin təşviqi nəzərdə tutulur. Seminarda dövlət-din münasibətləri çərçivəsində dini fəaliyyətin hüquqi əsaslarının izahı, gənclər arasında dini maarifləndirmə işinin effektiv təşkilinə dəstək verilməsi və s. kimi mövzular müzakirə olunacaq. Rəqəmsal dövrdə dini məlumatların düzgün istifadəsi və yayımının öyrədilməsi də seminarın əsas məqsədlərindəndir.
Tədbirdə iştirakçılar ictimaiyyətlə münasibətlərdə peşəkar dini mövqeyin formalaşdırılması və təcrübə mübadiləsini təşviq etmək imkanı əldə edəcəklər.