Əlçatanlıq Parametrləri

Şrift ölçüsü: 100%

Rumıniya Parlamentində türk və tatar icması ilə görüş keçirilib

Rumıniya Parlamentində türk və tatar icması ilə görüş keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti martın 4-də Rumıniya Parlamentində  türk və tatar icması ilə görüşüb.

Görüşdə Rumıniyanın Müsəlman icmasının müftisi Murat Yusuf ölkəsindəki dini mühit, müsəlman icmasının fəaliyyətinə yaradılan şərait barədə məlumat verib. Azərbaycana səfəri zamanı dini icmalar arasında şahidi olduğu dostluq və qardaşlıq münasibətlərinin təqdirəlayiq hal olduğunu bildirib. Dinlərarası dialoqun bəşəriyyəti narahat edən  qlobal problemlərin aradan qaldırılmasında, birgəyaşayışın təmin edilməsindəki roluna toxunan müfti Azərbaycanın bu sahəyə verdiyi töhfələri xüsusi olaraq vurğulayıb.   

Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi strateji xəttə uyğun olaraq ölkəmizdə tolerantlıq, etnik və dini dözümlülüyə əsaslanan dövlət-din münasibətləri modelinin inkişaf etdirildiyini bildirib. Dini və etnik müxtəlifliyin Azərbaycanın multikultural zənginliyini nümayiş etdirən əsas göstəricilərdən biri olduğunu qeyd edib. Dövlətimizin milli-mənəvi dəyərlərin qorunmasına, tarixi-mədəni abidələrin bərpasına və tolerantlığın təşviqinə böyük önəm verdiyini diqqətə çatdırıb.

Rumıniya parlamentinin deputatı Ahmet Varol, Rumıniya Demokratik Türk  Birliyinin Buxarest başqanı Şəmsi Turan, Rumıniya Demokratik Türk Birliyinin Gənclər təşkilatı başqanı Osman Harunun da iştirak etdiyi görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Rumıniya Parlamentində türk və tatar icması ilə görüş keçirilib - Image 1
Rumıniya Parlamentində türk və tatar icması ilə görüş keçirilib - Image 2
Rumıniya Parlamentində türk və tatar icması ilə görüş keçirilib - Image 3
Rumıniya Parlamentində türk və tatar icması ilə görüş keçirilib - Image 4
err 04.03.25