XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin şagirdləri Bakı şəhərində dini ibadətgahları ziyarət ediblər
16 noyabr - Beynəlxalq Tolerantlıq Günü münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə multikultural dəyərlərin təbliğinə yönəlmiş maarifləndirici ekskursiya təşkil olunub.
Tədbir çərçivəsində XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin şagirdləri paytaxtda fəaliyyət göstərən “Hacı Cavad” məscidi, Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı və Dağ yəhudiləri sinaqoqunu ziyarət ediblər.
Tədbirin əsas məqsədi şagirdlərə Azərbaycanda mövcud olan dini-mədəni müxtəliflik barədə əyani məlumat vermək, cəmiyyətdə formalaşmış tolerantlıq dəyərlərini təşviq etmək, eləcə də müxtəlif dinlərin ənənələri ilə tanış etmək olub.
Ekskursiya zamanı şagirdlərə müxtəlif dinlərin ibadət məkanları, onların yaranma tarixi, fərqli dini icmaların yaşam tərzi və dini adət-ənənələri barədə geniş informasiya verilib.
Qeyd edilib ki, Beynəlxalq Tolerantlıq Gününün mahiyyəti məhz bu cür tədbirlər vasitəsilə daha aydın çatdırılır - cəmiyyətin müxtəlifliyinin, qarşılıqlı hörmətin və dəyərlərarası dialoqun əhəmiyyəti uşaqlara konkret nümunələr əsasında izah olunur.