Əlçatanlıq Parametrləri

Şrift ölçüsü: 100%

“Yaşıl gələcək naminə” aksiyası davam etdirilir

“Yaşıl gələcək naminə” aksiyası davam etdirilir

Ümummilli Lider Heydər Əliyevin Anım günü münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Yaşıl gələcək naminə” aksiya dekabrın 4-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron, Xızı, İmişli, Beyləqan, Saatlı və Sabirabad rayonlarında davam etdirilib.

Tədbirdə adıçəkilən bölgələrin dini konfessiya nümayəndələri, gəncləri və ictimaiyyət fəalları bir araya gələrək ətraf mühitin mühafizəsinin əhəmiyyətini bir daha nümayiş etdiriblər. Aksiya çərçivəsində Bakı şəhərində yerləşən 30-dan artıq ibadət evində təmizlik və abadlıq işləri aparılıb, 10 məscidin həyətyanı sahəsində isə ağac tingləri əkilib. Eyni zamanda, Sumqayıt şəhərində, həmçinin Xızı və Abşeron rayonlarında 30 məsciddə təmizlik və abadlıq işləri görülüb, 5 ibadət evinin həyətyanı sahəsi yaşıllıqlarla zənginləşdirilib. İmişli, Beyləqan, Saatlı və Sabirabad rayonlarında isə 35 ibadət evində təmizlik və abadlıq işləri aparılıb, 5 məsciddə isə ağac tingləri əkilib.

Azərbaycanın bütün bölgələrini əhatə etməklə dekabrın 10-dək keçiriləcək aksiyanın məqsədi müxtəlif konfessiyalar arasında həmrəyliyin, ictimai birlik ruhunun daha da gücləndirilməsinə töhfə vermək, dini icma üzvlərinin və ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltməkdir.

“Yaşıl gələcək naminə” aksiyası davam etdirilir - Image 1
“Yaşıl gələcək naminə” aksiyası davam etdirilir - Image 2
“Yaşıl gələcək naminə” aksiyası davam etdirilir - Image 3
“Yaşıl gələcək naminə” aksiyası davam etdirilir - Image 4
“Yaşıl gələcək naminə” aksiyası davam etdirilir - Image 5
“Yaşıl gələcək naminə” aksiyası davam etdirilir - Image 6
“Yaşıl gələcək naminə” aksiyası davam etdirilir - Image 7
“Yaşıl gələcək naminə” aksiyası davam etdirilir - Image 8
“Yaşıl gələcək naminə” aksiyası davam etdirilir - Image 9
“Yaşıl gələcək naminə” aksiyası davam etdirilir - Image 10
“Yaşıl gələcək naminə” aksiyası davam etdirilir - Image 11
“Yaşıl gələcək naminə” aksiyası davam etdirilir - Image 12
“Yaşıl gələcək naminə” aksiyası davam etdirilir - Image 13
“Yaşıl gələcək naminə” aksiyası davam etdirilir - Image 14
“Yaşıl gələcək naminə” aksiyası davam etdirilir - Image 15
“Yaşıl gələcək naminə” aksiyası davam etdirilir - Image 16
“Yaşıl gələcək naminə” aksiyası davam etdirilir - Image 17
“Yaşıl gələcək naminə” aksiyası davam etdirilir - Image 18
“Yaşıl gələcək naminə” aksiyası davam etdirilir - Image 19
“Yaşıl gələcək naminə” aksiyası davam etdirilir - Image 20
“Yaşıl gələcək naminə” aksiyası davam etdirilir - Image 21
“Yaşıl gələcək naminə” aksiyası davam etdirilir - Image 22
“Yaşıl gələcək naminə” aksiyası davam etdirilir - Image 23
“Yaşıl gələcək naminə” aksiyası davam etdirilir - Image 24
“Yaşıl gələcək naminə” aksiyası davam etdirilir - Image 25
“Yaşıl gələcək naminə” aksiyası davam etdirilir - Image 26
“Yaşıl gələcək naminə” aksiyası davam etdirilir - Image 27
“Yaşıl gələcək naminə” aksiyası davam etdirilir - Image 28
err 04.12.25